Alternative content

12:23 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusa qarşı vaksinasiya strategiyası həftəsonu ictimaiyyətə açıqlanacaq
Koronavirusa qarşı vaksinasiya strategiyası həftəsonu ictimaiyyətə açıqlanacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:36 23.09.2020

Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq. Kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. Hazırlanan strategiya həftəsonu ictimaiyyətə açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı keçirilən iclasında deyib.

"Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanlarının əməkdaşları, yanaşı xəstəliyi olanlar, dializ xəstələri, şəkərli diabet, ürək qan-damar sistemi xəstəliklərindən, böyrək çatışmazlığından əziyyət çəkənlər daxildir.

Vaksinasiya prosesi könüllü xarakter daşıyacaq. Peyvənd olunmuş insanların donor olmasında isə heç bir problem olmayacaq.

Hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir. Gələcəkdə araşdırmalar daha yuxarı yaş qruplarını da əhatə edəcək. Araşdırmalara görə, indiyə qədər üçüncü fazada olan, o cümlədən COVAX platformasındakı peyvəndlərin hepatit və digər xəstəliyi olanlara vurulmasında hər hansı problem olmayacaq. Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Yanaşma ondan ibarətdir ki, aşağı yaş qruplarına, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Əhali hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələri barədə məlumatlandırılacaq”, - deyə R.Bayramlı qeyd edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM