Alternative content

09:40 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət başçısının adından Naxçıvan Muxtar Respublikasına 7 ambulans təqdim edilib
Dövlət başçısının adından Naxçıvan Muxtar Respublikasına 7 ambulans təqdim edilib
ANA SƏHİFƏ / Səhiyyə
18:14 23.09.2020

Sentyabrın 23-də Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

Bu barədə AZƏRTAC-a agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlardan danışan agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub: "Ölkə başçısının tapşırığına uyğun olaraq agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib. Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir”.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Baş Naziri agentliyin İdarə Heyətinin sədrindən "Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 7 ədəd – bunlardan 5 ədədi sadə, 2 ədədi reanimobil olmaqla təcili tibbi yardım avtomobillərini qəbul edib.

Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədovun sözlərinə görə, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır. Baş Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasına təqdim edilən təcili tibbi yardım avtomobilləri muxtar respublikada səhiyyə sahəsi üzrə həyata keçirilən işlərə əlavə bir töhfədir: "Biz bunu yüksək qiymətləndiririk, Prezident və Birinci vitse-prezidentə öz təşəkkürümüzü ifadə edirik”.

Məlumat üçün bildirək ki, 2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Almaniya istehsalı olan "Mercedes Sprinter 416” markalı avtomobil bazasında Türkiyə Respublikasında yığılan 26 ədəd reanimobil, "Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan "Ford Transit” markalı 10 ədəd sadə və 22 ədəd reanimobil "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən, həmçinin 84 ədəd Fiat Doblo markalı təcili tibbi yardım avtomobilləri "Autouniversal” Məhdud Məsuliyyətli Cəmiyyətindən satın alınıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM