Alternative content

03:04 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ərdoğan və Makron Şərqi Aralıq dənizi məsələsini müzakirə ediblər
Ərdoğan və Makron Şərqi Aralıq dənizi məsələsini müzakirə ediblər
ANA SƏHİFƏ / DÜNYA
16:18 23.09.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı keçirib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin məlumatında deyilir.

Tərəflər Türkiyənin Fransa və Avropa İttifaqı ilə münasibətlərini, habelə Şərqi Aralıq dənizi regionundakı vəziyyətə diqqət yetirilməsi ilə bağlı regional hadisələri müzakirə ediblər.

Prezident Ərdoğan bildirib ki, Şərqi Aralıq dənizində gərginliyin səbəbi regionda Türkiyə və Kipr türklərinin qanuni hüquqlarına məhəl qoyulmamasıdır.

Onun sözlərinə görə, Yunanıstanın və Cənubi Kiprin gərginliyə səbəb olan maksimalist iddialarına və addımlarına Fransanın dəstəyi təəccüb doğurur.

Türkiyə lideri vurğulayıb ki, Ankara heç kimin haqqına iddia etmir, amma bu zaman kimlərinsə öz hüquqlarını tapdalamağa imkan verməyəcək. Türkiyə dövlətinin başçısı bəyan edib ki, Ankara əvvəllər olduğu kimi, dialoq və əməkdaşlıq yolu ilə fikir ayrılıqlarının aradan qaldırılmasının tərəfdarıdır.

Prezident Ərdoğan Şərqi Aralıq dənizində gərginliyin azaldılması üçün diplomatiya imkanlarından istifadə etmək və davamlı prosesləri tətbiq etmək zərurətini qeyd edib və

Türkiyənin danışıqlar masası arxasında bütün fikir ayrılıqlarını həll etməyə çalışdığını vurğulayıb.

Dövlət başçısı bildirib ki, Ankara Fransadan prosesə ehtiyatlı və konstruktiv münasibət gözləyir. Bununla yanaşı, o, Türkiyə ilə Fransa arasında məsləhətləşmələr və təmas mexanizmindən davamlı istifadənin vacibliyini qeyd edib.

Türkiyə lideri Aİ-nin qarşıdakı sammitində Ankara ilə konstruktiv dialoq və əməkdaşlığa yönələn mövqenin hazırlanmasının regional problemlərin həlli üçün imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Avropa Şərqi Aralıq dənizi məsələsində Türkiyə ilə dialoqa hazırdır. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Biz Türkiyəyə hörmət edirik. Biz dialoqa hazırıq. Lakin biz Türkiyənin Avropa suverenliyinə və beynəlxalq hüquqa hörmətlə yanaşacağını, Liviya və Suriyada öz hərəkətləri ilə bağlı izahat verəcəyini gözləyirik", - deyə Makron BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bildirib.

"Bizə beynəlxalq hüquqa hörmət və əməkdaşlıq, müttəfiqlər arasında hörmət lazımdır", - deyə Fransa lideri əlavə edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM