Alternative content

08:26 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb
Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:13 23.09.2020

Bu vaxtadək Asiya İnkişaf Bankı Azərbaycanda həyata keçirilən müxtəlif layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüşüb. Görüşdə İqtisadiyyat naziri Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, indiyədək Asiya İnkişaf Bankı tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 5,2 milyard dollardan çox kredit ayrılıb. Azərbaycan bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında fəal iştirak edir. Bankın hazırladığı "Azərbaycan: daha şaxələnmiş, dayanıqlı və əhatəli inkişafa doğru” tədqiqat sənədi ölkəmizin iqtisadi inkişafı üzrə bir sıra önəmli məsələləri əhatə edir.

Qeyd edilib ki, Asiya İnkişaf Bankı ilə Layihə Hazırlığı Maliyyələşdirmə Aləti çərçivəsində, həmçinin yüksək texnologiya və innovasiya, təhsil, kiçik və orta biznesin inkişafı, dövlət-sahibkar tərəfdaşlığı, vergi siyasəti, irriqasiya və digər sahələr üzrə layihələrin icrası istiqamətində əməkdaşlıq faydalı ola bilər.

Azərbaycanın inkişaf prioritetlərindən danışan M.Cabbarov iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabətqabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib, Asiya İnkişaf Bankı ilə İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

N.Mannapbekov ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək Azərbaycan-Asiya İnkişaf Bankı əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM