Alternative content

14:51 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uğurla reallaşan qlobal liderlik missiyası
Uğurla reallaşan qlobal liderlik missiyası
ANA SƏHİFƏ / SİYASƏT
01:25 23.09.2020


Azərbaycan indiyədək dünyanın ən ali təşkilatı olan BMT səviyyəsində bir neçə dəfə möhtəşəm uğura imza atıb. 2012-2013-cü illərdə respublikamızın 155 dövlətin dəstəyini qazanaraq bu təşkilatın Təhlükəsizlik Şurasının (TŞ) üzvü kimi təmsil olunması, Prezident İlham Əliyevin sədrliyi ilə TŞ-nin yüksəksəviyyəli iclasının keçirilməsi Azərbaycanın tarixi və diplomatik nailiyyətləri idi. Bütün bunlar həm də dövlətimizin rəhbərinin yüksək beynəlxalq nüfuzunun göstəricisi kimi tarixə düşüb.


Qlobal miqyasda yüksək ehtiram və siyasi imicin təzahürü


BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində sentyabrın 21-də keçirilən BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas bir daha Prezident İlham Əliyevin qlobal miqyasda dərin hörmətə və yüksək siyasi imicə malik liderlərdən olduğunu göstərdi. Belə ki, 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən ehtiram və etimadın təzahürü idi. Bəli, Azərbaycan Prezidenti bu dəfə tək ölkəmizin deyil, həm də dünyanın ikinci ən böyük təşkilatını - 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatını təmsil edirdi.

Qeyd edək ki, digər təşkilatlarla müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyü nisbətən yenidir. Respublikamız Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Üzv olduğu nisbətən qısa müddət ərzində Bakı özünün müstəqil və qətiyyətli xarici siyasəti, üzv dövlətlərlə tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətləri sayəsində təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Buna görədir ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısı Bakıda keçirilib, sədrlik isə Azərbaycana keçib.

Sədrliyin ölkəmizə keçməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycan xalqının milli mənafeləri, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq, dünyada sülh və sabitliyin bərqərar olunmasına töhfə verməklə dövlətlərarası qarşılıqlı hörmət və anlaşmanın, habelə əməkdaşlığın təşviq edilməsi üzərində qurulub. Reallıq ondan ibarətdir ki, Azərbaycan hərəkatda sədrliyi ilə fəaliyyətini Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti, dövlətlərin daxili işlərinə qarışmamağı, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini ehtiva edən bu məsələlər Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə də üst-üstə düşür.


Azərbaycan Prezidenti BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına nail olur


Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, üzv dövlətlər arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında rəhbərliyinin prioritetlərindən biri kimi müəyyən edilib. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına sədrliyini layiqincə həyata keçirir, yüksək beynəlxalq siyasi nüfuzu ilə təşkilatı qlobal problemlərlə mübarizədə uğurla səfərbər edir. Hələ may ayında Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkatın "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi bunu təsdiq edir.

Lakin dövlət başçısı bununla kifayətlənmədi və yenə də özünün siyasi nüfuzu ilə Qoşulmama Hərəkatının sədri kimi bu ilin iyul ayında BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsinə nail oldu. 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi dövlətmizin rəhbərinin yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümü kimi tarixiləşdi. Bu təşəbbüsün dəstəklənməsi həm də onu göstərdi ki, İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisata uğurlu rəhbərliyi ilə İlham Əliyev BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına nail olur.

BMT Baş Assambleyasının nizamnaməsinə əsasən, ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Belə sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılır. BMT yaranandan indiyə qədər Baş Assambleyanın qlobal problemlərlə bağlı məhdud sayda xüsusi sessiyaları çağırılıb. İlham Əliyevin təşəbbüsü ilə çağırılan Xüsusi sessiyanın BMT tarixində sayca 31-ci olması bunu təsdiq edir.


BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zamanın tələbidir


Azərbaycan xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Bununla yanaşı, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini hər zaman diqqətdə saxlayır və onların həyata keçirilməsində işlək mexanizmin yaradılmasını ümdə məsələ kimi irəli sürür.

BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 27 il əvvəl qəbul olunsa da, hələ də icra olunmayıb. Halbuki ötən müddətdə təşkilatın digər qərarları vaxtında icra olunub. Azərbaycana qarşı bu haqsızlıq təəssüf doğurmaqla yanaşı, ölkə ictimaiyyətində dünyanın bu mötəbər təşkilatına etimadı da azaldır. Azərbaycan tərəfi dəfələrlə bu məsələni gündəliyə gətirib və qərarların dərhal icra olunması üçün BMT-də islahatların keçirilməsinin zəruriliyini bildirib.

Bütövlükdə İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan Prezidenti BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi uğurla icra edir. Ən əsası Azərbaycan Prezidenti nüfuzu və siyasi işgüzarlığı ilə həm rəhbəri olduğu hərəkatı qlobal problemlərin həllinə səfərbər edir, həm də BMT-nin fəaliyyətinə layiqli töhfə verir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM