22 Sentyabr 2020 22:20
490
SİYASƏT
A- A+

Avstraliya saytı: Türkiyə Ermənistanı odla oynamamağa çağırıb


Avstraliyada ingilis və ərəb dillərində fəaliyyət göstərən "Farah.news” saytı Ermənistanla sərhəddə Azərbaycan əsgərinin şəhid olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyinin həmin ölkəyə xəbərdarlıq etməsindən yazıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də yayılmış "Türkiyə: Ermənistan, odla oynamağı dayandır” adlı məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsindən, bu günlərdə Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq Azərbaycan əsgərini öldürməsindən bəhs olunur. Bildirilir ki, Türkiyə tərəfindən dərin kədər hissi ilə qarşılanan hadisəyə görə Azərbaycan xalqına başsağlığı verilib.

Bununla yanaşı, Türkiyə Xarici İşlər nazirinin də özünün "Twitter” səhifəsində Azərbaycana dəstək verdiyi qeyd edilir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edilərək, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərini işğal etdiyi xatırladılır.

Vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının dörd, Baş Məclisinin iki qətnaməsinə, çoxsaylı beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan öz qoşunlarını işğal etdiyi Dağlıq Qarabağdan və Azərbaycanın daha yeddi rayonundan çıxarmaqdan imtina edir.

Bildirilir ki, Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı danışıqlar hələlik heç bir nəticə verməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video