22 Sentyabr 2020 18:49
766
DÜNYA
A- A+

BMT TŞ-də islahatlara ehtiyac var


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini bir daha bəyan edib.

"Birləşmiş Millətlər Təşkilatı sisteminin yenidən səmərəli olması üçün əvvəlcə Təhlükəsizlik Şurasında islahatlar aparmalıyıq",-deyə Türkiyə lideri BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli görüş iştirakçılarına videomüraciətdə bildirib.

Ərdoğanın sözlərinə görə, "7 milyarddan çox insanın taleyini 5 ölkənin mərhəmətinə buraxan Təhlükəsizlik Şurasının strukturu ədalətli və davamlı deyil".

"Biz hamımız ötən əsrin ehtiyaclarına uyğun olaraq formalaşan strukturların köməyi ilə bugünkü sınaqlardan çıxa bilməyəcəyimizi görürük",-deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, BMT sistemi elan edilmiş idealların əksinə olaraq, münaqişələrin qarşısını nə ala bilər, nə də artıq başlanmış münaqişələrə son qoya bilər.

"BMT TŞ-nin demokratik, şəffaf, hesabatlı, səmərəli və ədalətli təmsiçiliyinə əsaslanan arxitekturası bəşəriyyət üçün seçim yox, zərurətə çevrilib", - deyə Prezident Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, qitələrin kəsişmə nöqtəsi olan İstanbulun Birləşmiş Millətlər Təşkilatının mərkəzlərindən birinə çevrilməsi də qlobal sülh və sabitliyin təmin olunması üçün səylərə kömək edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video