22 Sentyabr 2020 18:40
1184
CƏMİYYƏT
A- A+

General olmaq arzusu ilə yaşayan məktəbli yol kənarında saatlarla gözləyib əsgərlərə hərbi salam verir


Yaşının az olmasına baxmayaraq, əsgərlərə hərbi salam vermək üçün yol kənarında bəzən saatlarla gözləyir. Bir hərbçi avtomobilinin yolu keçməsi isə onun böyük sevincinə səbəb olur. Qamətini düzəldib avtomobil uzaqlaşana qədər hərbi salam vəziyyətində durur... Bu dəfə xəbərimizin qəhrəmanı Qazaxın Daş Salahlı kəndində yaşayan II sinif şagirdi Elton Xıdır oğlu Hacızadədir.

AZƏRTAC xəbər verir ki, Elton Hacızadə bu hərəkətinə görə çoxlarının diqqətini çəkib. Öz adını nəvəsinə qoyan babası deyir ki, Elton nəvələrinin içində ən fəalı, ən vətənpərvəridir: "Elton böyük oğlumun övladıdır. Lap uşaqlıqdan oyuncaq tüfənglərlə oynayır. Yolda əsgərlərin avtomobilini görəndə dayanıb salam verir. Bu, bizi də qürurlandırır”.

Balaca Eltonun bu örnək hərəkəti sosial şəbəkələrdə paylaşılaraq yayılıb və hər kəsin təqdirini qazanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının komandiri bir neçə gün öncə sərhədçiləri hərbi salamla qarşılayan Eltonla görüşüb. Sərhəd diviziyasında keçirilən görüşdə ona hərbi forma bağışlanıb, vətənpərvərliyinə görə təşəkkür edilib.

İndi balaca Elton hərbi formasını geyinib yoldan keçən əsgərlərə hərbi salamı daha ürəklə verir. "Məktəbdən gəlirdim, gördüm ki, yoldan hərbi maşınlar keçir. Kənarda dayanıb tez hərbi salam verdim. Hər dəfə əsgər maşını görəndə bu cür salam verirəm. Bundan özümün də xoşum gəlir”, - deyə o bildirib.

Rayonun Daş Salahlı kəndindəki 1 saylı orta məktəbin ikinci sinfində oxuyan Elton Hacızadəni evdə də, kənddə də hər kəs vətənpərvər uşaq kimi tanıyır. Yaşı az olsa da, balaca Eltonun arzuları böyükdür. Deyir ki, böyüyəndə general olmaq istəyir.

Ailəsi də onun arzularına və istəyinə hörmətlə yanaşaraq, təhsilini gələcəkdə hərbi sahədə davam etdirməsi üçün hər cür dəstəyi verəcəyini bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video