Alternative content

03:40 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin rektoru MBA proqramı üzrə bu ali təhsil müəssisəsinə qəbul olan tələbələrlə görüşüb
Bakı Ali Neft Məktəbinin rektoru MBA proqramı üzrə bu ali təhsil müəssisəsinə qəbul olan tələbələrlə görüşüb
ANA SƏHİFƏ / Təhsil
13:48 22.09.2020

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Biznesin idarəedilməsi (MBA) proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə onlayn görüş keçirib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı rektor E.Qasımov tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub. Görüşdə yeni tədris ilinə hazırlıq, tədris prosesi, dərslərin gedişi ilə bağlı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Cari tədris ilinin qəbul planında Biznesin idarəedilməsi ixtisaslaşması üzrə 50 yer ayrılıb və bütün yerlər tutulub. BANM-in MBA proqramına qəbul olan tələbələr Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (həmçinin Dövlət Neft Akademiyası olduğu illərin), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Vladimir Dal adına Ukrayna Milli Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun məzunlarıdırlar.

Onlar SOCAR, Milli Məclis, Dövlət Gömrük Komitəsi, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət Sosial Müdafiə Fondu, "Azercell Telekom” MMC, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə” İnstitutu , "Azneft” İB, Optimal Elektronika, Mozalan Studiya, QSS Analytics , "M bulak BOKT" MMC, "Bravo” supermarketlər şəbəkəsi, "Odlar Yurdu” İctimai Birliyi , "Buta Treydinq” şirkəti , SOCAR Metanol zavodu, Paşa Bank, "AzRe Təkrarsığorta” ASC, H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsi, "CELT Colleges” şirkəti, "Railvet” MMC, "GeoEnginnering” şirkəti, "SOCAR-Fuqro” MMC və "Odlar Yurdu” Sığorta Brokeri MMC kimi müəssisələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Tələbələrlə görüş zamanı E.Qasımov MBA proqramına bu il qəbul üzrə ən yüksək balın (88 bal) Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasının məzunu Murad Süleymanlının və Bakı Mühəndislik Universitetinin dünya iqtisadiyyatı ixtisasının məzunu Anar Məmmədlinin topladığını bildirib.

Rektor qeyd edib ki, BANM-də MBA proqramı üzrə tədris prosesi yüksəkixtisaslı elmi-pedaqoji kadrlar, iş adamları, ayrı-ayrı müəssisələrin rəhbər şəxsləri tərəfindən yerinə yetirilir. Bundan başqa, həftənin şənbə günləri təcrübəli və tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunur.

"BANM-in MBA proqramında tələbələr idarəetmə və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar qazanıblar. Tədris proqramına strateji idarəetmə, marketinq, statistika, investisiya və digər fənlər daxildir. Kurikulum və dərs vəsaitləri tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilir. Dərslər həftədə 3 gün olmaqla, axşam saatlarında təşkil edilir. Bütün dərslər yalnız ingilis dilində tədris olunur. MBA-da əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcək”, – deyə rektor vurğulayıb.

Görüş sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Bunun üçün dünyada qəbul edilən əsas istiqamətlər müəyyənləşdirilib. Buraya "Maliyyənin idarəolunması”, "Biznes və iqtisadiyyat üçün statistika”, "Marketinq konsepsiyaları”, "Menecerlər üçün mühasibat”, "İdarəetmə və təşkilati davranış”, "İstehsalın və əməliyyatların idarə olunması”, "Strateji idarəetmə: nəzəriyyə və praktika”, "İdarəetmənin iqtisadiyyatı”, "İnformasiya texnologiyalarının idarə olunması”, "Kapital qoyuluşu və maliyyə strategiyaları”, "Xərclərin strateji idarə olunması”, "Strateji idarəetmə və biznes siyasəti”, "Bazarın öyrənilməsi və beynəlxalq biznes” daxildir.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM