21 Sentyabr 2020 22:04
481
CƏMİYYƏT
A- A+

BQXK-nın nümayəndələrinə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi işləri barədə məlumat verilib


Sentyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi çətinliklər və məhrumiyyətlər haqqında məlumat verilib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnaməsi hələ də icra edilməyib. Ermənistan işğalçılıq siyasətini davam etdirir, hərbi qarşıdurmanı qızışdırmağa cəhd göstərir. Bu gün Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından biri şəhid olub, biri yaralanıb.

BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın davam etdiyi bir vaxtda belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur, yeni qəsəbələr salınır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.

Görüşdə xatırlanıb ki, ümummilli lider Heydər Əliyevin çağırışı ilə ötən əsrin 90-cı illərində Azərbaycana gələn beynəlxalq təşkilatların dəstəyi nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb. Həmin dövrdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanda fəaliyyəti, qaçqınların və məcburi köçkünlərin çadırlarla, ərzaq və digər ləvazimatlarla təminatında fəal iştirakı unudulmur, dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsi və Qızıl Aypara cəmiyyətləri ilə birgə cəbhəyanı ərazilərdə və təmas xəttində yaşayan məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri keçirilir. Ötən il Tərtərdə keçirildikdən sonra bu təlimlər koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. İndi Ağdam rayonunda təlimlərin keçirilməsi üçün hazırlıq görülür.

Söhbət zamanı Dövlət Komitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Xanım Elena Aymone Sessera təmsil etdiyi beynəlxalq təşkilatın ölkəmizdəki fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, BQXK tərəfindən keçirilən digər təlimlərdə yerli icma ilə yanaşı, məcburi köçkünlər də iştirak edir.

Xanım Arian Baueri səmimi qəbula görə təşəkkür edib. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət Komitəsinin sədri xanım Elena Aymone Sesseraya ölkəmizdəki səmərəli fəaliyyətinə görə təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video