21 Sentyabr 2020 18:10
756
SİYASƏT
A- A+

Xarici KİV-lər Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

Bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, xarici KİV-lər diqqəti, ilk növbədə, dövlətimizin başçısının Ermənistan rəhbərliyinin mənfur siyasəti, törətdiyi təxribatlara dair bəyanatlarına cəlb edib.

Türkiyənin Anadolu Agentliyi, "Hürriyet”, "Milliyet”, "Sabah”, "Takvim” və digər populyar qəzetləri, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, Rusiyanın TASS, İnterfaks və "RİA Novosti” federal informasiya agentlikləri, "Lenta.ru” "News.ru”, "Vesti Kavkaza”, "Pravda.ru” saytları, "Moskovski komsomolets” və "Kommersant” qəzetləri, "REN TV”, "TVC”, "360 tv” telekanalları, Avropa İttifaqının "EU Politics” informasiya-analitik nəşri, Misirin "Asyaelyoum” agentliyi və "Aldiplomasy” nəşri, Rumıniyanın "News24hours”, Ukraynanın "РБК-Украiна”, Qırğızıstanın "Goldenbridgenews” portalları, Gürcüstanın "Interpressnews”, "Dalgatv”, "24news”, "News” saytları Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı materiallar yayıb, sitatlar gətirib.

Yayılan materiallarda Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirməsi, cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə fikirləri yer alıb.

Türkiyə KİV-ləri, həmçinin dövlətimizin başçısının müsahibəsində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini də diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video