21 Sentyabr 2020 13:45
404
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi bəyanatlar Rusiya KİV-lərinin diqqət mərkəzindədir


Rusiyanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, TASS, İnterfaks və "RİA Novosti” federal informasiya agentlikləri, "REN TV”, "TVC”, "360 tv” telekanalları və digər KİV-lər Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirləri təqdim ediblər.

Materiallarda qeyd olunur ki, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının faktiki olaraq getmədiyini, Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulayıb.

TASS agentliyinin xəbərində Prezident İlham Əliyevin Ermənistanı danışıqlar prosesini pozmaqda təqsirləndirməsi, Ermənistan rəhbərliyinin cəfəng bəyanatlarının, təxribat xarakterli addımlarının danışıqları mənasız etməsi barədə fikirləri yer alıb.

"TVC” kanalının materialında qeyd olunur ki, rəsmi Bakı ciddi bəyanatlarla çıxış edir. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın işğal altında olan Dağlıq Qarabağı qanunsuz şəkildə məskunlaşdırmasını "cinayət” adlandırıb.

"Pravda.ru” saytı yazır ki, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı göndərərək deyib: "Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

"Moskovski komsomolets” qəzeti Prezident İlham Əliyevin Ermənistanın müharibəyə hazırlaşması, Azərbaycan tərəfində bu barədə ciddi kəşfiyyat məlumatlarının olması barədə fikirlərini tirajlayıb. Qəzet yazır ki, Azərbaycan dövlətinin başçısı ölkəsinin Ermənistanda heç bir məqsədi olmamasını, lakin təxribat davam edirsə, siyasətə yenidən baxılacağını deyib.

"Kommersant” qəzeti Prezident İlham Əliyevin Paşinyanın işğal olunmuş əraziləri qanunsuz məskunlaşdırma siyasətini sərt tənqid etdiyini yazır. Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti bunun Cenevrə Konvensiyasına zidd, cinayət olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video