21 Sentyabr 2020 12:10
494
SİYASƏT
A- A+

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Beynəlxalq Sülh Günü ilə bağlı bəyanat yayıb


Bu gün BMT tərəfindən 1981-ci ildə dünyada sülh və birlik ideallarını gücləndirmək üçün təsis edilmiş Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən artan qlobal təlatümlər fonunda bu dəyərləri gücləndirmək əvəzinə, onsuz da zəifləmiş beynəlxalq təhlükəsizliyi təhdid altına alan sülh defisitinin şahidi oluruq. BMT-nin baş katibinin qlobal atəşkəs çağırışı etdiyi, dünyanın dörd bir tərəfindəki müharibə edən tərəfləri vahid düşmənə - koronavirusa qarşı birlikdə mübarizə aparmağa, silahlarını yerə qoymağa səslədiyi bir dövrdə Ermənistan bu çağırışa məhəl qoymadan öz işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda daha sonra deyilir: "2020-ci il iyulun 12-də pandemiya dövründə Ermənistan Azərbaycanın həyati əhəmiyyətli kommunikasiya xətlərinin keçdiyi yeni ərazilərini ələ keçirmək üçün hücuma başladı. Bu, son 30 ildə Ermənistanın Azərbaycana qarşı bitməyən təcavüzünün davamıdır. Məhz bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdəbiri Ermənistanın işğalı altındadır və yurdlarından didərgin salınmış bir milyona yaxın azərbaycanlı əhali öz əzəli torpaqlarına, ata-baba yurdlarına geri dönə bilmirlər.

Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində möhkəmlənmək üçün, bu ərazilərdə qanunsuz yaşayış məskənləri salır. Hətta, bu yaxınlarda Beyrut limanında baş verən dəhşətli partlayışdan belə öz mənfur əməlləri üçün sui-istifadə edərək, bir sıra erməni ailələrinin Livandan işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə başlayıb. Bu cəhdlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, çox ciddi müharibə cinayətləridir.

Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyan bir yandan riyakarcasına sülh çağırışları edərkən, digər tərəfdən işğal olunmuş Azərbaycan ərazilərində erməni qadınları üçün hərbi təlim keçirir. Buradan belə bir sual doğur: Ermənistanın "sülhsevər” baş nazirinin "sülhsevər” xanımı başqa bir ölkənin ərazisində hərbi forma geyinərək, o ölkənin xalqına silah yönəldərək nəyə nail olmaq istəyir?

Ermənistanın siyasi rəhbərliyinin riyakar yanaşmasından fərqli olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış azərbaycanlı əhalisi kimi, biz keçən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. İcmamızın münaqişənin həlli üçün konstruktiv dialoq çağırışlarına, təəssüflər olsun ki, Ermənistan tərəfi hər zaman etnik nifrət, hiddət və inkarçılıqla qarşılıq verib.

Sülh şəraitində birgə yaşayışın mümkünlüyünə inandığımızı bəyan edərək, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən geri çəkmək və bizim öz əzəli yurdumuza dönüşümüzə şərait yaratmaq məqsədilə beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq. Çağırışımızın həyata keçməsi, sülhsüz keçirdiyimiz Sülh Gününün əsl mahiyyətini həyatımızda hiss etməyə bizə imkan verərdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video