Alternative content

14:25 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi Türkiyə mediası tərəfindən geniş işıqlandırılmaqdadır
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi Türkiyə mediası tərəfindən geniş işıqlandırılmaqdadır
ANA SƏHİFƏ / SİYASƏT
18:59 20.09.2020

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmaqdadır.

AZƏRTAC xəbər verir ki, Anadolu agentliyinin dərc etdiyi "Prezident Əliyev: Türkiyə ilə birgə təlimlərimiz Yerevanı qorxudur” sərlövhəsi ilə yayılan informasiya müxtəlif başlıqlarla sürətlə qardaş ölkə mediasında yayılıb. Türkdilli oxuculara məlumat verilir ki, Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin əhəmiyyətini, iki qardaş ölkənin bir-birini tam şəkildə dəstəkləməsini yüksək dəyərləndirib və münasibətlərimizin daha da genişlənəcəyini ifadə edib. Regiondakı vəziyyətdən danışan Prezident İlham Əliyev, təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin ifadələr səsləndirib. Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib ki, ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Çünki onların sonu olacaq. İndi sən burada səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən. Sən heç olmasa öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir. Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.

Məlumatlarla Anadolu agentliyi, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, "Hürriyet”, "Milliyet”, "Sabah”, "Takvim” və digər çoxtirajlı qəzetlərin saytlarında tanış olmaq mümkündür.

İnformasiyalar Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan və Türkiyə hərbçilərinin, silahlı qüvvələrimizin ortaq təlimlərinə dair fotolarla təqdim olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM