Sülh - bütün odsaçan silahlardan güclü vasitə
Ölkəmiz 30 ildən çoxdur bu günü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şəraitində qeyd edir
Azadlıq, bərabərlik, ədalət və bir də sülh bəşəriyyətin həmişə arzu etdiyi dəyərlərdən olub. Çox maraqlıdır, bunun fonunda bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi görəsən?
Sabitlik şəraitində yaşamalı olan insanlar min təəssüflər ki, bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısını isə əlbəttə, sülh, barış alır. Ən kiçik münaqişələrdən tutmuş böyük müharibələrədək hər cür qarşıdurma sülhlə sona çatır. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə, təbii ki, münaqişə və müharibə tərəflərinin reallıqları düzgün qiymətləndirmələrindən keçir.
Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial-iqtisadi və mədəni inkişaf deməkdir. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Uşaqlar daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamalıdırlar. Sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi də bundan irəli gəlir.
Lakin çox təəssüf ki, hələ də bəşəriyyətin təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda soyuq və odlu münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız insanlar, hətta uşaqlar və qocalar odsaçan silahların qurbanlarına çevrilməkdədirlər.
Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 Sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca daha çox üzə çıxır.
1999-cu ildə rejissor Ceremi Cilli cəmiyyətin əsas problemləri və nisbətən təcili həll olunmalı məsələlər barəsində "Peace one day”i yaratmağa məcbur oldu. Əsas cəhd ondan ibarət idi ki, heç olmasa ildə bir gün bütün dünyada insan zorakılığının qarşısı alınsın, ön cəbhələrdə silahlar sussun, atəşkəsə əməl edilsin.
21 Sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin güclənməsinə nail olmaq üçün bir fürsətdir. Onun əsas məqsədi milyardlarla insanın sülh şəraitində, açıq səma altında təhlükəsiz yaşamasına ciddi ehtiyacı olduğunu sübut etməkdir. Çünki yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq sülh istəyən hər kəsin buna haqqı var.
Beynəlxalq Sülh Günü təsis edildiyi vaxtdan hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 60-cı ildönümü münasibətilə BMT-nin ozamankı Baş katibi Pan Gi Munun müraciətində bildirildiyi kimi, hələ də dünyada bir çox insanların hüquqları xüsusilə silahlı münaqişələr zamanı və atəşkəs dövründə pozulmaqda davam edir: "Məhz buna görə də biz çalışmalıyıq ki, Bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin. 21 Sentyabr Beynəlxalq Sülh Günüdür. Mən ümumdünya liderlərinə və bütün dünya əhalisinə səslənərək, münaqişə, yoxsulluq və aclığa qarşı, hamı üçün insan hüquqlarının təmin olunması istiqamətində qüvvələrin birləşdirilməsinə çağırıram”.
Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, hər yerdə qorunmur, müdafiə edilmir. Buna görə də zorakılıqlar baş alıb gedir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir.
Azərbaycan xalqı artıq neçə ildir Beynəlxalq Sülh Gününü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şəraitində qeyd edir. Beynəlxalq vasitəçilərin illərlə apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına hələ də əngəl yaradır. Azərbaycan Prezidenti İlham Əliyev istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyondan artıq qaçqın və məcburi köçkünlərlə görüşlərində NATO-nun "Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan ölkəmizin münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə vurğulayıb. Lakin təcavüzkar Ermənistan tamamilə bunun əksini nümayiş etdirməkdədir. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs rejimi elan olunsa da, yalnız Azərbaycan buna birtərəfli qaydada əməl edir. Ermənistan isə nəinki atəşkəsə əməl etmir, üstəlik, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozur!
Bu ilin iyul ayının ortalarında Tovuz rayonu istiqamətindən Azərbaycanın dövlət sərhədlərini pozan təcavüzkar Ermənistan layiq olduğu cavabı alsa da, bir daha imzalanmış sülhə əməl etmədiyini təsdiqlədi.
Beynəlxalq Sülh Günü münasibətilə hər il bir qayda olaraq respublikanın əlaqədar təşkilatlarında, eləcə də mədəniyyət müəssisələrində tədbirlər keçirilir. Bu il koronavirus pandemiyası ilə əlaqədar olaraq kütləvi tədbirlər istisna edilsə də, onlayn şəklində həmin günün mahiyyəti gənclərə və məktəblilərə çatdırılır.
BMT Baş Məclisi 21 Sentyabrı Beynəlxalq Sülh Günü olaraq dəyişməz bir tarix kimi təsdiq etmişdir. Baş Məclis belə qərara gəlmişdir ki, BMT-nin, ona üzv olan dövlətlərin və bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək, sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sadiqliyini sübuta yetirən xüsusi bir vaxt təyin olunmalı idi ki, 21 Sentyabr da məhz bu baxımdan seçilmişdir.
Yeri gəlmişkən. onu da xatırladaq ki, bu günlə bağlı hətta beynəlxalq sülh mükafatı da təsis olunub. BMT-nin 60 illik yubileyinə həsr olunmuş "Qızıl Göyərçin” beynəlxalq sülh mükafatı 2008-ci ildən etibarən təqdim edilir. Bu mükafat inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə verilir. Bu yüksək və ali mükafata dünyanın tanınmış simalarından olan Roma papası XVI Benedikt, Dalay Lama, Nobel mükafatları laureatları Desmond Tutu və Lex Valensa, Çexiyanın sabiq prezidenti Vatslav Havel, Almaniyanın keçmiş dövlət başçısı Roman Hersoq, Bundestaqın spikeri Norbert Lammert, Almaniyanın Federal təhsil naziri xanım Annete Şavan, həmin ölkənin ailə naziri xanım dr. Kristina Şröder və digər görkəmli şəxsiyyətlər layiq görülmüşlər.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!