19 Sentyabr 2020 18:35
1108
İQTİSADİYYAT
A- A+

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında təmsil olunub


BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib. Sözügedən iclasın "Heç kimi geridə buraxmamaqla daha yaxşı və güclü gələcək” adlı birinci sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir genişzolaqlı internetin inkişafında Azərbaycanın təcrübəsi və regional əhəmiyyəti haqqında danışıb, eyni zamanda, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üzrə görülən tədbirlər haqqında məlumat verib.

Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərini qarşılamaq üçün BMT-nin səylərinin artırılmasına dair təşkilatın sabiq baş katibi Ban Ki-Munun çağırışlarına cavab olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və UNESCO tərəfindən Rəqəmsal İnkişaf Naminə Genişzolaqlı Komissiya yaradılıb. Bu il 10 illiyini qeyd edən komissiya 2010-cu ilin may ayında genişzolaqlı rabitənin beynəlxalq siyasət gündəmində əhəmiyyətini artırmaq, milli və beynəlxalq inkişaf hədəflərinə nail olmaq, hər bir ölkədə genişzolaqlı rabitədən istifadənin artırılması məqsədilə fəaliyyətə başlayıb.

Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı Komissiya inkişaf etməkdə olan ölkələrdə və yaşayış səviyyəsi aşağı olan icmalarda genişzolaqlı rabitənin yüksək səviyyədə təşviqi ilə məşğuldur.

Komissiyanın həmsədrləri Ruanda Respublikasının Prezidenti Paul Kagame və "Carlos Slim" Fondunun sahibi Karlos Slim Helu, sədr müavinləri isə BTİ-nin Baş katibi Houlin Zhao və UNESCO-nun Baş katibi Odri Azulaydır.

Nazir R.Quluzadə 2016-cı ildən etibarən komissiyada komissar seçilib və həmin ilin sentyabr ayında ilk dəfə komissiyanın Nyu-Yorkdakı iclasında iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video