Alternative content

03:03 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb
Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:01 19.09.2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası tərəfindən keçirilən onlayn tədbirdə iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Şurasının rəsmiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirin əsas məqsədi ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələrin keçirilməsi olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsinin, ictimai nəzarətin səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasının vacibliyini vurğulayıb.

Ombudsman təsisatının əhali ilə dövlət qurumları arasında körpü rolunu oynadığını qeyd edən Ombudsman bu funksiyanın səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, dünya təcrübəsində vətəndaş cəmiyyəti institutlarının milli insan hüquqları institutlarının yaxın tərəfdaşı hesab olunduğunu və bu tərəfdaşlığın beynəlxalq və regional qurumlar tərəfindən dəstəkləndiyini iştirakçıların diqqətinə çatdırıb.

Müvəkkil Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini, Ombudsmanın bərabərlik hüququnun təmini, o cümlədən, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Ombudsman təsisatı ölkəmizdə fəaliyyət göstərən milli insan hüquqları institutu qismində BMT-nin müqavilə qurumları ilə, o cümlədən BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi Komitəsi ilə əməkdaşlıq edir. Bildirilib ki, bu il Müvəkkilin BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasının ölkəmizdə icrası ilə bağlı növbəti əlavə hesabatı sözügedən Komitəyə təqdim olunub.

Cəmiyyətdə hüquq bərabərliyinin və bərabər imkanların təmin olunması məqsədilə ayrı-seçkiliklə mübarizədə dövlət qurumları, müstəqil insan hüquqları institutları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayan S.Əliyeva ölkə Ombudsmanı olaraq hər zaman bu istiqamətdəki fəaliyyətləri dəstəkləməyə hazır olduğunu bildirib.

Daha sonra Ombudsman tədbirdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandırıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM