Zaman İlham Əliyevin sənayeləşmə siyasətinin uzaqgörənliyini təsdiq edir
Prezidentin illər öncə müəyyən etdiyi hədəflər mövcud çətinliklərə qarşı etibarlı sipərdir
Sumqayıt Kimya Sənaye Parkı Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il fərmanı ilə yaradılıb. Sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək məqsədilə hələ 9 il əvvəl bu qərar verilərkən xam neftin qiyməti də indikindən azı 3 dəfə yüksək idi. Respublikamıza indikindən dəfələrlə artıq neft gəlirləri daxil olurdu. Lakin heç kim təsəvvür belə etmirdi ki, cəmi 3 ildən sonra qlobal iqtisadiyyat yendən çalxalanacaq, neftin qiymətləri çağdaş tarixin minimumuna düşəcək.
Müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılıb
Son illər dünya iqtisadiyyatında baş verən proseslər Prezident İlham Əliyevin iqtisadi inkişafla bağlı müəyyən etdiyi hədəflərin nə qədər uzaqgörən olduğunu təsdiq edir. Xüsusən Azərbaycanda sənayeləşmə istiqamətində atılan addımlar beynəlxalq maliyyə böhranlarının və neftin qiymətlərinin düşməsi fonunda İlham Əliyevin illər öncəki iqtisadi təşəbbüslərinin nə qədər doğru olduğunu, dövrün çağırışlarına çevik cavab verdiyini, ən əsası ölkənin yeni mərhələdə inkişafına xidmət etdiyini göstərir.
Ümumiyyətlə, yaxın tariximizdə həyata keçirilən sürətli sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin diversifikasiyası genişləndirilib, yeni istehsal gücləri istifadəyə verilib, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılıb.
Alüminium və polad istehsalı komplekslərinin yaradılması, Bakıda Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinin aparılması, Sumqayıtda karbamid və yüksəksıxlıqlı polietilen zavodlarının açılması respublikamızda həyata keçirilən iri sənaye layihələrinin yalnız bir qismidir. Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmış və hazırda bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir.
Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, ərzaq məhsulları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmış və hazırda bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir.
Pandemiya şəraitində müsbət dinamika
İnnovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafının gücləndirilməsi, tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılması, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması üçün sənaye parklarının yaradılması ilə bağlı təşəbbüslər, bu istiqamətdə 9 il əvvəl atılan ilk addımlar da bütövlükdə, ölkənin gələcək inkişafına yönəlmişdi. Sumqayıt Kimya Sənaye Parkından sonra əldə olunan uğurlu nəticələr Mingəçevirdə, Pirallahıda və Qaradağda da sənaye parklarının yaradılmasını şərtləndirdi. Hazırda bu sənaye parklarında müxtəlif güzəştlər tətbiq edilir, işin səmərəli təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi kimi tədbirlər nəzərdə tutulur. Sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən və idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar. Bundan əlavə, sənaye parklarının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı səslənən fikirlər Azərbaycanda yaradılan sənaye parklarının qeyri-neft sektorunun inkişafında nə qədər böyük rol oynadığını göstərir. Qeyd edək ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ötən il burada 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.
Bu rəqəmlərin hər biri Prezident İlham Əliyevin iqtisadi inkişaf və sənayeləşmə siyasətinin nailiyyətlərini özündə əks etdirir. Nəticə etibarilə isə bu uğurlar Azərbaycanın iqtisadi inkişafının nümunəsidir. Ən mühümü isə odur ki, pandemiya şəraitində belə sənaye müəssisələrinin müsbət dinamika ilə fəaliyyəti Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət xəttinin dərin məzmunundan xəbər verir.
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra tapşırıq və tövsiyələrini də verdi. İxracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələrinin yaradılması qarşıda duran əsas vəzifələrdir. Ölkəmizin hazırkı iqtisadi siyasətinin mahiyyəti də bunu tələb edir. Dövlət başçısının bununla bağlı tapşırıqlarına əsasən, bu təşəbbüslərlə çıxış edən şirkətlərə həm rezident statusu veriləcək, eyni zamanda, dövlət tərəfindən onlara digər köməkliklər göstəriləcək, o cümlədən güzəştli kreditlər ayrılacaq.
Hər bir uğur Azərbaycanın inkişafının və güclü dövlətə çevrilməsinin nümunəsidir
Əgər bir neçə il əvvəl, xüsusən, sənayeləşmə istiqamətində bu addımlar atılmasaydı, sənaye parkları yaradılmasaydı, bugünkü qlobal problemlər Azərbaycan iqtisadiyyatına daha ciddi təsir edə bilərdi. Lakin Prezident İlham Əliyevin regional inkişaf siyasəti, qeyri-neft sektorunun yüksəlişinə yol açan təşəbbüsləri bugünkü beynəlxalq iqtisadi çətinliklər fonunda sənaye sahəsindəki uğurlarımızı təmin edir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan postpandemiya dövründə yenidən sürətli iqtisadi inkişaf yoluna qədəm qoyacaq, regionun ən güclü sənaye mərkəzinə çevriləcək.
Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında söylədiyi "Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük” cümləsi isə bütövlükdə Azərbaycanın müasir inkişaf tarixinə verilən qiymət idi. Bəli, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi, yenidən qurduğu və inkişaf yoluna çıxardığı Azərbaycan bu gün İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Dağılmış müəssisələrin yerində yaradılan modern Sumqayıt Kimya Sənaye Parkı kimi, Azərbaycanın bütün şəhər və rayonları da yenidən qurulub, inkişaf edib. Mövcud iqtisadi çətinliklərə baxmayaraq, indi də hər yerdə quruculuq davam edir, xüsusən heç bir sosial layihə dayandırılmır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar Azərbaycanın həm inkişafının, həm də güclü bir dövlətə çevrilməsinin nümunələridir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!