18 Sentyabr 2020 21:44
525
İQTİSADİYYAT
A- A+

Neftin qiyməti iyundan bəri ən böyük həftəlik artım göstərib

Birjalarda neftin qiyməti həftəni artımla tamamlayır.

AZƏRTAC xəbər verir ki, "qara qızıl”ın qiyməti bu həftə yenidən zəifləyən dollar, ABŞ-da xam ehtiyatlarının kəskin azalması və OPEC-ə üzv ölkələrin enerji nazirlərinin açıqlamaları fonunda 40 dollar/barrelə yüksəlib. Nəticədə neft qiymətləri iyun ayının əvvəllərindən bəri ən böyük həftəlik qazancına yönəlib.

Həftə ərzində isə neft qiymətlərində 9 faizdən çox artım qeydə alınıb.

Qeyd edək ki, hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 43,38 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 41,31 dollara satılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video