Alternative content

02:22 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Regional məsələlər komitəsində payız sessiyasının iş planına baxılıb
Milli Məclisin Regional məsələlər komitəsində payız sessiyasının iş planına baxılıb
ANA SƏHİFƏ / PARLAMENT
21:41 18.09.2020

Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

İclasın əvvəlində deputatlar komitənin üzvü olmuş mərhum Fəttah Heydərovun xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra gündəlikdəki məsələlərə baxılıb. S.Novruzov bildirib ki, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitə tərəfindən 9 iclas keçirilib, 19 məsələ müzakirə olunub. Bələdiyyələrin fəaliyyətinə dair, digər məsələlərlə bağlı bir sıra qanunlara baxılıb. Bunlardan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı məsələlər xüsusi qeyd edilib. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib və Milli Məclis tərəfindən qəbul olunub.

Komitə sədri deyib ki, pandemiyaya baxmayaraq, deputatlar regionlarda seçicilərlə mütəmadi görüşlər keçirib, vətəndaşlara hərtərəfli diqqət və qayğı göstəriblər.

Siyavuş Novruzov diqqətə çatdırıb ki, hesabat dövründə komitəyə 700-dən artıq müraciət daxil olub. Hər bir müraciət araşdırılıb və həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib. Bildirilib ki, yenilik olaraq, hər bir komitə üzvünün yerlərdə gördüyü işlər barədə məlumatlar toplanıb və ümumi hesabata daxil edilib.

Sonra komitənin payız sessiyası üçün iş planı barədə məlumat verilib. Bildirilib ki, bu sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun layihələrinə, Azərbaycan Respublikasının mövcud qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında, habelə Regional məsələlər komitəsi üzvlərinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrə baxılması nəzərdə tutulub.

Sonra komitə üzvləri Nizami Cəfərov, Səttar Möhbalıyev, Aqil Məmmədov, Məzahir Əfəndiyev, Kamran Bayramov, Cavid Osmanov çıxış edərək 2020-ci il yaz və növbədənkənar sessiyalar ərzində təmsil etdikləri bölgələrdə seçicilərlə keçirdikləri görüşlər, vətəndaşların qaldırdıqları məsələlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər. Deputatlar ölkənin ictimai-siyasi həyatında baş verən son hadisələr, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı öz fikirlərini açıqlayıblar.

Tədbirdə iştirak edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim komitə ilə şöbə arasında qanunvericilik sahəsində əməkdaşlıq barədə fikirlərini bölüşüb.

İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyasının iş planı təsdiqlənib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM