Alternative content

11:39 26 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın məşhur radio şousunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair proqram yayımlanıb
ABŞ-ın məşhur radio şousunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair proqram yayımlanıb
ANA SƏHİFƏ / SİYASƏT
17:26 18.09.2020

ABŞ-ın məşhur radio aparıcısı Con Batçelor və ABŞ Prezidenti Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə götürüb. Müsahibə ABŞ-ın Nyu-York şəhərindən yayımlanan, çoxmilyonluq dinləyici auditoriyasına malik nüfuzlu "Con Batçelor Şou” radio proqramında efirə verilib.

Müsahibə zamanı səfir Elin Süleymanov sentyabrın 15-də Ağ Evdə təşkil olunan "Abraham” razılığının imzalanma mərasimində iştirak etdiyini, Azərbaycanın dünyada mədəniyyətlər və dinlər arasında sülh və dialoqun təşviqinin həmişə tərəfdarı olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildirən Elin Süleymanov ölkəmizdəki yəhudi icmasının əsrlər boyu respublikamızın ərazisində sülh və əmin-amanlıq şəraitində yaşadığını xatırladıb.

Elin Süleymanov Azərbaycanın müsəlman ölkəsi olaraq İslam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsraillə də normal diplomatik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada rəsmi Bakının dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib. Diplomat, həmçinin ölkəmizin İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi” əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalara diqqət çəkən Elin Süleymanov Ermənistanın sonuncu belə hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və təcavüzkar ölkənin regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Rusiyanın Ermənistana silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratdığını qeyd edən E.Süleymanov hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün iki ölkə arasında müzakirələrin aparıldığını diqqətə çatdırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədrləri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin nisbətən qeyri-fəal olduğunu bildirib, həmsədr ölkələrin Ermənistan ilə Azərbaycan arasında sülhə nail olmaq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə bildirib.

Diplomat Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyini, bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışdığını vurğulayıb.

Kristofer Nikson Koks son zamanlar Prezident Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyi ilə bağlı sual verib. Sualı cavablandıran Elin Süleymanov ABŞ rəhbərliyinin Fransa və Rusiyadan olan həmkarları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla öz ölkəsinin də maraqlarını təmin edə biləcəyini vurğulayıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM