Alternative content

03:35 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
16:53 18.09.2020
Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi.

AZƏRTAC xəbər verir ki, Komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb və gündəliyi təqdim edib.

Əvvəlcə Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlərin hesabatı dinlənilib. Məlumat verilib ki, hesabat dövründə komitədə 8 iclas keçirilib, 21 məsələ müzakirə olunub. Həmin məsələlərdən 17-si qanun layihəsi olub. Komitədə üç oxunuşda müzakirədən keçən həmin qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında qəbul edilib.

Hesabat dövründə komitəyə 140 ərizə və şikayət daxil olub. Həmin müraciətlərin araşdırılaraq tədbir görülməsi üçün müvafiq təşkilatlara 100 məktub göndərilib.

Əhliman Əmiraslanov qeyd edib ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı problemlər Səhiyyə komitəsinin üzvlərinin xüsusi diqqətində olub. Pandemiya başlanandan indiyədək deputatlar vətəndaşlarla müntəzəm görüşlər keçirib, yerlərdə vəziyyəti öyrənib, seçicilərin qayğı və çətinliklərinə həssas yanaşaraq problemlərinin həllinə yardımçı olublar. Deputatlar, həmçinin koronavirus problemi ilə əlaqədar KİV-lərdə fəal çıxışlar ediblər, lazımi izahat işləri aparıblar.

Yaz və növbədənkənar sessiyalar dövründə komitə COVID-19-la bağlı iki dinləmə təşkil edib. Geniş auditoriyada mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Türkdilli ölkələrdə COVID-19-la əlaqədar vəziyyətin müzakirə edildiyi dünənki videokonfransda da məlum oldu ki, ən yaxşı vəziyyət Azərbaycandadır.

Əhliman Əmiraslanov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən əsaslı tədbirlər bütün göstəricilərdə müsbət dinamikanı təmin edib. Hazırda Azərbaycanda 50-yə yaxın laboratoriyada koronavirus testi aparıla bilir. Ölkə miqyasında ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir. Yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, testlərin aparılmasında, itkilərin azlığında, ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında Azərbaycanın göstəriciləri çox yaxşıdır. Operativ Qərargahın fəaliyyəti də səmərəli nəticələrini verir.

Hesabat dinlənildikdən sonra komitədə geniş müzakirələr aparılıb. Deputatlar Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, komitə sədrinin müavini Rəşad Mahmudov hesabata dair fikirlərini açıqlayıblar, səhiyyə sahəsi ilə əlaqədar bir sıra təkliflər irəli sürüblər.

Yekunda Səhiyyə komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayılıb.

Sonra komitə sədri 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı, komitədə "İnsan orqanlarının transplantasiyası haqqında” və "Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil ediləcək.

Müzakirə zamanı səslənən bəzi təkliflər də iş planına daxil edilib və iş planı təsdiqlənib.

Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM