Alternative content

04:14 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Korrupsiyaya qarşı sözdə yox, əməldə mübarizə aparılır
Korrupsiyaya qarşı sözdə yox, əməldə mübarizə aparılır
ANA SƏHİFƏ / SİYASƏT
01:13 18.09.2020


Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər hərtərəfli və innovative xarakter daşıyır


Azərbaycanda korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların aradan qaldırılması hər zaman əsas hədəflərdən biri sayılıb. Son illər isə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Hazırda ölkədə korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır.


Rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsindədir


Bu gün korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə mövcuddur. Ancaq əsas məsələ dövlət və hökumətin bu proseslərə hansı prizmadan yanaşmasıdır. Cənab İlham Əliyevin söylədiyi kimi, Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və görülən işlər bunu bir daha təsdiqləyir.

Son 2 ildə təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda mərkəzi icra orqanlarının rəhbərlərinin də məsuliyyətə cəlb edilməsi və bu məsələlərin ictimailəşdirilməsi təqdirəlayiq hal hesab olunur. Prezidentin insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrinin də ictimaiyyətə çatdırılması bu prosesin tərkib hissəsidir.

Prezident İlham Əliyev ötən il Yevlax və Xaçmaz rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçılarına tapşırıq və tövsiyələrini verərkən bu məsələyə xüsusi olaraq toxunmuşdu. Bütün xoşagəlməz hallara son qoyulmasını, rüşvətxorluq, korrupsiyanın tamamilə yığışdırılmasının vacibliyini söyləyən Prezident məmurlara mühüm göstəriş verib, ciddi xəbərdarlıq etmişdi: "Sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər”.

Dövlət başçısı dedi ki, Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmurunun həyat tərzi olmalıdır.

Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməli, tamamilə şəffaf vəziyyət yaradılmalıdır.


Şəffaf ictimai münasibətlər sistemi, yeni Milli Fəaliyyət Planı


Prezident İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq bu il Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi də yenilənib.

Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev komissiyanın sədri seçilib.

Komissiyanın sədri çıxış edərək cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün qurumun üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Prezidentin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Bu səbəbdən də dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Komissiya sədri həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsinin zəruriliyini vurğulayıb.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub. Həmçinin Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.

İclasda çıxış edən komissiya üzvləri qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi zərurəti qeyd edilib. İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması məsələlərinə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.


İctimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir


Göründüyü kimi, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəli və keyfiyyətli olması üçün dövlət səviyyəsində dinamik, ardıcıl tədbirlər görülür və bu mübarizə tam aşkarlıq şəraitində reallaşdırılır.

Prezident İlham Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi qəbul edərkən korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımların atılması ilə bağlı ciddi tapşırıqlarını verdi: "Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Korrupsiya və rüşvətxorluq üçün meydan həm inzibati yollarla, həm də institusional üsullarla daraldılmalıdır. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq”.

Korrupsiyaya qarşı mübarizədə uğuru şərtləndirən ən vacib amil siyasi iradədir və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm siyasi iradə var. Prezidentin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar bir daha göstərdi ki, ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə var, heç kim qanundan üstün deyil. Qanunları pozan, rüşvətxorluq edən vəzifəli şəxslərin həbsi bir daha təsdiq edir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM