Alternative content

04:15 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minnətdarlıq abidəsi
Minnətdarlıq abidəsi
ANA SƏHİFƏ / Mədəniyyət
01:06 18.09.2020


1941-1945-ci illər müharibəsi dünya tarixinin ən qanlı savaşı idi. Hitlerçilər ildırımsürətli "Barbarossa” planına görə cəmi 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tam tutmalı idi. Plan alınsaydı, tərəqqipərvər bəşəriyyət addım-addım faşizmin dəhşətli caynaqlarının əsarətinə düşəcəkdi. On minlərlə adam yalnız milli mənsubiyyətinə görə ölümə məhkum ediləcəkdi.

Aradan uzun illər keçəndən sonra bəzi məsələlərə baxış bucaqları dəyişir. Bu, təbiidir. Yeni rəylər, iddialar formalaşır. Bunu Hitler Almaniyasının SSRİ-yə hücumuna, faşizm üzərində qazanılmış qələbəyə, hətta Böyük Vətən müharibəsi adına münasibətdə də görürük. Kimin necə düşünməsindən asılı olmayaraq bu müharibə bəşəriyyətin aydın gələcəyini zülmətə boyamaq istəyindən irəli gəlmişdi. Sonda aydınlıq zülmətə, işıq qaranlığa qalib gəldi. Və bu qələbə həm də yüz minlərlə Azərbaycan övladının canı-qanı hesabına əldə edildi.

...Onlar bu müharibədə Azərbaycan adından vuruşurdular. Təkcə keçmiş SSRİ-ni deyil, ümumilikdə, dünyanı və onun bir parçası kimi, Azərbaycanı da faşizm bəlasından qoruyurdular. Bu, bütün dünyanı özünə vətən bilənlərin apardığı bir savaş idi. Ona görə də Böyük Vətən müharibəsi anlayışı tarixin bütün dövrlərində öz dəyərini, əhəmiyyətini qoruyur.

Avqustun 30-da Rusiya Federasiyasının Rostov vilayətində "Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı oldu. Müharibə veteranlarının və ləpirçilərin təşəbbüsü ilə yaradılmış muzey Taqanroq şəhəri yaxınlığındakı Sambek kəndi ətrafında vaxtilə ağır döyüşlərin baş verdiyi böyük bir ərazini əhatə edir.

Yada salaq ki, belə bir hərbi-tarixi muzey kompleksinin inşası hələ 2014-cü ildən planlaşdırılırdı. Sadəcə olaraq axtarış zamanı ərazidə 59 mərminin tapılması təməlqoyma mərasimini bir qədər yubandırmışdı. Göründüyü kimi, inşaat prosesləri geridə qalıb və yeni hərbi-tarixi muzey kompleksi artıq ziyarətçilərini qəbul etməyə başlayıb.

Hərbi-tarix muzeyi İnformasiya-Sərgi Mərkəzi, balaca kilsə, amfiteatr, alma bağı da daxil olmaqla, 8 açıq məkandan ibarətdir. Burada hitlerçilərin istehkam maketləri də qurulub. Kompleksdə həm veteranların ailə arxivlərindən, həm də döyüş meydanından toplanan minlərlə artefakt nümayiş olunur. Muzeyin yaradılması və fəaliyyətində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilib.

Yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı Rusiyanın "Rossiya-24” və "Rossiya-1” televiziya kanallarında hazırlanmış reportajlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsinə xüsusi yer verildi. Bu da təsadüfi deyil. "Sambek yüksəklikləri” hərbi-tarixi muzey kompleksi faşizmə qarşı mübarizədə misilsiz igidliklər göstərmiş azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış mədəniyyət abidəsidir. Muzey əsasən azərbaycanlılardan təşkil edilmiş 416-cı Taqanroq diviziyasının döyüş salnaməsini özündə yaşadır.


Qorunan yaddaş


Buna qədər adıçəkilən qəsəbə yaxınlığında "Sambek yüksəkliyi şöhrət memorialı” var idi. Bakılı heykəltəraş Elcan Şamilovun və rostovlu İ.V.Qriqorun müəllifi olduqları abidə kəndin ətrafındakı ən hündür nöqtədə, vaxtilə mövcud olmuş səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdı. 7 may 1980-ci ildə o zaman sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə abidənin açılışı olmuşdu.

Reportajda 1980-ci ilin mayında fazişm üzərində qələbənin 35-ci ildönümü münasibətilə keçirilən açılış mərasimindəki çıxışı zamanı Ulu Öndərin səsləndirdiyi fikirlər də xatırlandı. Heydər Əliyev həmin çıxışı zamanı Don torpağında ucaldılmış möhtəşəm monumenti Rostov vilayəti və Azərbaycan zəhmətkeşlərinin bu döyüşlərin sağ qalmış və həlak olmuş bütün qəhrəmanlarının nəcib xatirəsinə hörmət və minnətdarlıq əlaməti kimi qiymətləndirmişdi.

Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxunun əslən Azərbaycandan olması, bu diviziyanın təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad etməsi faktını reportajlardakı müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev də izləyicilərin diqqətinə çatdırdı. Eyni zamanda Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziyanın azad etdiyini xatırlatdı: "Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində, bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı”.


Tarix yazan diviziya


416-cı atıcı diviziyası Zaqafqaziya Hərbi Dairəsi komandanlığının 1942-ci il 22 fevral tarixli əmrinə əsasən Ucar rayonunda formalaşdırılmışdı. Bu, Böyük Vətən müharibəsində iştirak edərək misilsiz qəhrəmanlıqlar göstərmiş Azərbaycanın 6 milli diviziyasından biri idi. Digər diviziyalar, xüsusilə 77-ci Simferopol dağ-atıcı, 402-ci, 271-ci, 396-cı atıcı, 223-cü Belqrad milli diviziyaları Polşa və Çexoslovakiyanın, Yuqoslaviyanın, Moldovanın, Simferopol şəhərinin, bütövlükdə Krımın və başqa yerlərin azad edilməsində iştirak etmiş, onların odlu müharibə yollarında, qanlı döyüş meydanlarındakı şücaətləri xüsusi diqqətə layiq görülmüşdü. O zaman Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına çevrilmişdi. İnsanlar "hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında mübarizəyə qalxmışdı.

416-cı atıcı diviziyanın şəxsi heyətinin 92 faizi azərbaycanlılardan təşkil olunmuşdu. Bölmələr təxminən yarım il hazırlıq keçmişdilər. Diviziyanın döyüş yolu Qafqazdan başlamışdı. 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazdakı Xasavyurt rayonuna göndərilmişdi. Onda Qafqaz uğrunda döyüşlərin ən şiddətli vaxtları idi. "Krasnaya zvezda” qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazırdı: "Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmışdir, Vətənin taleyi və milyonlarla sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqayisə etmək olar”.

O zaman Hitler Berlindən "Birinci” tank ordusu qərargahına teleqram göndərib Bakının işğalının sürətləndirilməsini tələb etmişdi. Ona görə də Almaniyanın "Cənub” ordu qrupu komandanlığının birinci vəzifəsi Donun arxasına keçmiş sovet qoşunlarını Rostovun cənub və cənub-şərq rayonunda mühasirəyə alıb sıradan çıxarmaq idi. Tərkibində əsasən tank və motorlu birləşmələr olan digər güclü qruplaşmanın niyyəti isə Qroznını və Mahaçqalanı ələ keçirmək, qüvvələrin bir hissəsi ilə Osetiyanın və Gürcüstanın hərbi yollarını kəsmək idi. Bu istiqamətdə hücumun son məqsədi Bakıya yiyələnmək idi.

1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında döyüş xəttinə göndərildi. 1942-ci ilin 26 noyabrında diviziya ilk böyük hücuma keçdi. Həmin gün bu hərbi hissənin əsgər və zabitləri Novo-Lednov-Kapustin xəttində 69-cu Qafqaz süvari diviziyasını əvəz edərək düşmənlə döyüşə girdilər. Dekabrın 5-də axşama yaxın diviziya mühüm sayılan təpəyə yiyələndi və İşşevskaya stansiyasına çıxdı.

1943-cü il yanvarın əvvəlinədək olan dövrdə diviziya Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə qət edərək, növbəti əməliyyatlara hazırlaşmağa başladı. 1942-ci ilin noyabrından bir-birinin ardınca keçirilən əks-hücumlar nəticəsində üç ayda Şimali Qafqaz düşməndən azad edildi və bu qələbə Rostov istiqamətində döyüşlərə başlamağa zəmin yaratdı. 1943-cü ilin

21 fevralında 416-cı diviziyanın hərbi əməliyyatların ikinci dövrünə hazırlığına start verildi. Bunun üçün diviziyaya Azərbaycandan daha 1500 nəfər döyüşçü göndərildi.

Rostov uğrunda gedən hərbi əməliyyatlar müharibədə həlledici əhəmiyyət daşıyırdı. Reportajda da qeyd edildiyi kimi, Don regionu faşistləri təkcə ucsuz-bucaqsız məhsuldar tarlalara malik olan taxıl mənbəyi kimi cəlb etmirdi. Yuxarıda da qeyd etdiyimiz kimi, Qafqazın qapısı, Maykopa, Qroznıya, Bakıya, daha sonra Fars körfəzinə gedən yollar buradan başlanırdı. Ona görə də hitlerçilər öz mənfur məqsədlərinə çatmaqdan ötrü ağlasığmaz vəhşiliklər, dağıntılar, barbarlıq və qeyri-insani hərəkətlər törədirdilər.

Sambek yüksəkliyi isə xüsusilə şiddətli döyüşlərin getdiyi yerdir. Bura Mius çayının sağ sahilində Donetsk diyarının cənub yamaclarındakı yüksəkliklər, təpələr, kurqanlar silsiləsidir. Kurqanlardan ən ucası həmin yerdən 40 kilometr məsafədə yerləşən Saur-Mogila kurqanıdır. Onun hündürlüyü 277,9 metrə bərabərdir. Faşistlər burada, Sambekdə dəniz səviyyəsindən 80-100 metr yüksəklikdə əlçatmaz mövqe tutmaq üçün mümkün olan hər şeyi edirdilər. Təkcə ön xətdə 3 min kilometrə yaxın xəndək qazılmışdı. Bu, Berlinə qədər məsafədən iki dəfə çox idi.

Amma 416-cı diviziyada döyüşən azərbaycanlı əsgər və zabitlərin qətiyyəti faşistlərin azğınlığına üstün gəldi. 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda fəal iştirak edən diviziya böyük qəhrəmanlıqlar göstərdi. Avqustun 30-da Taqanroq şəhəri düşməndən azad edildi. Bu qələbənin, göstərdiyi qəhrəmanlığın şərəfinə "416”ya "Taqanroq diviziyası” fəxri adı verildi.

1943-cü il sentyabr ayının 7-də "416”nın mərd oğulları hitlerçilərin 3-cü dağ-atıcı diviziyası tərəfindən müdafiə olunan güclü istehkam xəttinə çatdı. Düşmən istehkamları Mariupol və Osipenko şəhərlərinə gedən yolları bağlamışdı. Sentyabrın 8-9-da Azərbaycan diviziyası düşmənin müqavimətini qıra bildi. Faşistlərin 10 əks-hücumuna mərdliklə sinə gərən döyüşçülərimiz qazandıqları mövqeləri əldə saxlamağa müvəffəq oldular. Bu döyüşlərdə düşmənin 4 mindən çox əsgər və zabiti məhv edildi. Xeyli sayda döyüş texnikası ələ keçirildi.

Hərbi əməliyyatlardan sonra milli diviziyaya Azərbaycandan daha 2500 nəfər yeni döyüşçü qoşuldu. Müvafiq hazırlıq aparıldı və oktyabrın 10-dan onlar növbəti döyüşlərə başladılar.


Qələbə atəşləri


Azərbaycanın əsgər və zabitləri eyni qəhrəmanlığı Mariupol, Osipenko, Nikolayev, Melitopol şəhərləri uğrunda gedən şiddətli döyüşlərdə də nümayiş etdirdilər. 1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində

5-ci zərbə ordusu tərkibində hücuma başlayaraq Dnestr çayını keçdi. Bu hərbi əməliyyatdakı qəhrəmanlıqlarına görə diviziyanın döyüşçülərindən Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, A.Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Həmin ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı və onun düşməndən azad edilməsində fəal iştirak etdi. Bu qələbəyə görə 416-cı Taqanroq diviziyası "II dərəcəli Suvorov” ordeni ilə təltif olundu. 1944-cü ilin yayından başlayaraq

416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində həyata keçirilmiş məşhur Yassa-Kişinyov döyüş əməliyyatında, Moldovanın paytaxtı Kişinyov şəhərinin, eləcə də bütün Moldovanın azad edilməsində qəhrəmanlıq göstərdi.

Reportajda Azərbaycan Prezidenti maraqlı bir faktı da yada saldı. 416-cı diviziyanın Berlinin götürülməsində də fərqləndiyini, Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçülərinin tutduğunu, Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancdığını xatırlatdı: "Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi. Qeyd etməliyəm ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb”.

...I Belarusiya cəbhəsindəki ağır döyüşlərdən, Varşavanın azad edilməsində fəal iştirakdan və Oder çayının qərb sahilinə çıxaraq, düşmənin Kyustrin şəhərini tutandan sonra mayın 1-də Berlinə ilk daxil olan hərbi hissələrdən biri də məhz 416-cı diviziya idi. Digər hissələrlə qarşılıqlı əlaqə yaradaraq diviziya mayın 2-də səhər hitlerçilərin son mövqelərini də darmadağın etməklə Brandenburq darvazası üzərinə Qırmızı bayraq sancdı. Qələbə bayrağını taxanlar 416-cı milli diviziyadan leytenant A.Məcidovla onun Məmmədov və Əhmədzadə adlı döyüşçüləri idilər. Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxışında bu əlamətdar anı xüsusi vurğulayaraq demişdi: "Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada - Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı”.

Kayzerin sarayı üzərinə Qələbə bayrağını sancan zaman isə əfsus ki, diviziyanın döyüşçüsü, leytenant Vahab Osmanov faşist gülləsindən həlak oldu. Buna qədər isə diviziyanın əsgər və zabitləri Reyxsbankın, Daxili İşlər Nazirliyinin, Berlin Dövlət Universitetinin, SSRİ-nin keçmiş səfirliyinin, Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının binalarını azad etmişdilər.

Ümumilikdə isə 416-cı milli diviziya cəbhədə 30 ay fasiləsiz döyüşlər aparmış, Bakıdan Berlinə qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və

50-dən çox böyük və orta çaydan keçərək, düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, külli miqdarda qənimət ələ keçirmişdi.

Diviziyanın 1368-ci atıcı alayı "Boqdan Xmelnitski” ordeni, 1054-cü topçu alayı "Qırmızı Bayraq” ordeni, 44-cü əlahiddə topçu divizionu "Aleksandr Nevski” ordeni, 348-ci əlahiddə sanitar batalyonu "Qırmızı Bayraq” ordeni ilə təltif edilmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri də keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuşdular. Komandir və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları da verilmişdi.

416-cı Azərbaycan milli diviziyası general Dmitri Sızvanovun komandirliyi ilə yaradılsa da, sonrakı dövrlərdə ona və alaylarına general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik etmişlər. Diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bilmişdi.


Müqəddəs dəyər


Bu gün 416-cı Taqanroq diviziyasının döyüş yolu və onun qələbələri şərəfinə xatirə abidələri ucalır, şöhrət muzeyləri yaradılır. Bu, dünyanın faşizm kimi dəhşətli bir bəladan xilası uğrunda canını fəda etmiş igid döyüşçülər qarşısında mənəvi borcdur.

Azərbaycan isə bəşəriyyətin bu ümumi qələbəsi uğrunda canlarından keçmiş hər kəsin müqəddəs xatirəsinə göstərdiyi ehtiramla bir nümunə yaradır. Göstərir ki, böyük dəyərləri heç nəyə qurban vermək, şəraitdən asılı olaraq onlara münasibəti dəyişmək olmaz. Bunu müsahibəsində Azərbaycan Prezidenti də qeyd etdi: "Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək. Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”.

Bu münasibət Azərbaycan dövlətinin tarix qarşısında yaratdığı ən böyük dəyərlərdən biridir.

İradə ƏLİYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM