17 Sentyabr 2020 21:39
529
SİYASƏT
A- A+

Rusiya Xarici İşlər nazirinin müavini ABŞ-ın Rusiyadakı səfiri ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə edib


Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan ilə müzakirə edib.

AZƏRTAC Rusiya XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 17-də Amerika tərəfinin təşəbbüsü ilə RF Xarici İşlər nazirinin müavini A.Rudenko ilə ABŞ-ın Rusiyadakı səfiri C.Sallivan arasında telefon danışığı baş tutub.

Söhbət əsnasında Belarusdakı son hadisələrə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar vəziyyətə xüsusi diqqət yetirilib.

Mətbuat xidmətinin məlumatında deyilir: "Rusiya tərəfi daxili siyasi proseslərə hər hansı müdaxilənin, sabitliyi pozmaq və kənardan birtərəfli vasitəçilik xidmətlərini qəbul etdirmək cəhdlərinin yolverilməzliyini vurğulayıb. Belarusun siyasi sisteminin liberallaşdırılmasına yönəlmiş Konstitusiya islahatının keçirilməsi təşəbbüsünün, bu prosesə vətəndaş cəmiyyətinin, əmək kollektivlərinin və işgüzar dairələrin nümayəndələrinin cəlb edilməsinin perspektivliliyi qeyd olunub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video