17 Sentyabr 2020 17:36
503
CƏMİYYƏT
A- A+

Milli Məclis Sədrinin birinci müavini: Ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır


Hazırda ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin iki istiqamətdə aparıldığını qeyd edən komitə sədri bildirib: "Bunlardan birinci preventiv üsullar, yəni, qabaqlayıcı tədbirlər, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin olunması və digər mexanizmlərdir. İkinci istiqamət isə cinayət təqibidir. Son illər ölkəmizdə idarəetmə sahəsində şəffaflığı təmin etmək üçün bir sıra struktur islahatları həyata keçirilib”.

Əli Hüseynli vurğulayıb ki, əgər ictimaiyyəti narahat edən, cəmiyyətə ciddi zərər vuran cinayət hadisələri mövcuddursa, təbii ki, cinayət təqibi həyata keçirilməlidir. "Cinayət yolu ilə əldə olunan vəsaitlər, maddi nemətlər qanunvericiliyə əsasən müsadirə olunmalıdır. Cəmiyyət, vətəndaşlar dövlətimizin başçısının bu istiqamətdə siyasətini dəstəkləyir”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video