17 Sentyabr 2020 15:02
1269
PARLAMENT
A- A+

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib


Sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələnin daxil olduğunu bildirib. Qeyd edib ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun intizam məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr vermişdi. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında (birinci oxunuş) məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, 9 maddədən ibarət layihənin hazırlanmasına bu ilin aprel ayında başlanılıb. Burada ümumi müddəalar, intizam komissiyasının təşkili, səlahiyyətləri, komissiyanın iclaslarının aparılması qaydaları, komissiya üzvlərinin hüquqları və vəzifələri, barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri, müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri, komissiyanın fəaliyyətinin təmin edilməsi və digər məsələlər əksini tapıb.

İclasda çıxış edən Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Erkin Qədirli, Səttar Möhbalıyev, Hikmət Məmmədov, Elşən Musayev, Sabir Hacıyev, Azay Quliyev, Vüqar İsgəndərov, Nurlan Həsənov, Məşhur Məmmədov və Əminə Ağazadə Əsasnamə layihəsi barədə fikirlərini bildirib, qeyd və təkliflərini veriblər.

Sonra Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Əsasnamə layihəsinin hazırlanmasına verdikləri dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya və Sədrin birinci müavini Əli Hüseynliyə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, layihə yüksək səviyyədə hazırlanıb və qabaqcıl ölkələrin təcrübəsi nəzərə alınıb. Komissiya sədri Əsasnamənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deputatların səsləndirdikləri fikirlərə münasibət bildirib.

İclasın sonunda Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video