17 Sentyabr 2020 00:26
1084
Təhsil
A- A+

Gəncə Dövlət Universiteti yeni dərs ilinə uğurlu göstəricilərlə başladı


Gəncə Dövlət Universiteti 2020-2021-ci tədris ilinə Nazirlər Kabineti yanında Operativ Qərargahın qarşıya qoyduğu tələblərə uyğun olaraq başladı.

Pandemiya ilə bağlı yeni tədris ili böyük təntənə ilə qeyd edilmədi. Lakin buna baxmayaraq, sentyabrın 15-də universitetdə xüsusi canlanma hiss olunurdu. Bunun da əsas səbəbi ali təhsil müəssisəsində bir sıra yenidənqurma işlərinin aparılması idi. Belə ki, universitetin korpuslarında təmir işləri görülmüş, texnika və avadanlıqlar təzələnmişdir. Bundan başqa, uzun illərdən bəri istismara yararsız vəziyyətdə olan tələbə yataqxanaları əsaslı şəkildə təmir edilmiş və gənclərin rahatlığı üçün hər bir şərait yaradılmışdır.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar universitetin tədris binalarında dezinfeksiya işləri də aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qarşıya qoyduğu qaydalara əməl etmək üçün pedaqoji kollektivin hər bir üzvünə nəzarət gücləndirilmişdir.

Məlum olduğu kimi, pandemiya başlayan gündən digər təhsil ocaqları kimi Gəncə Dövlət Universitetində də təhsil onlayn sistemində keçilmişdir. Belə ki, tədrisin məsafədən təşkili istiqamətində yarana biləcək çətinliklərin qarşısını almaq məqsədilə bütün fakültələrdə professor-müəllim heyəti üçün "Microsoft Teams” platformasından istifadəyə dair onlayn formada təlimlər təşkil olunmuşdur. Tələbə heyəti üçün platformadan istifadə üzrə təlimatlar hazırlanmış, onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilmişdir. Məsafədən təhsilin keyfiyyətli təşkili üçün lazımi şərait yaradılmışdır.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, universitetin beynəlxalq layihələrdə iştirakı, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi istiqamətində də bir sıra xarici ali təhsil müəssisələri ilə danışıqlar aparılıb.

Söz yox ki, bütün bunlar yeni tədris ilində tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında, elmin sirlərinə yiyələnməsində mühüm rol oynayacaqdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video