16 Sentyabr 2020 18:54
407
SİYASƏT
A- A+

Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı olub


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi, sentyabrın 16-da Gəncə Qarnizonunda hərbi hospitalın yeni inşa edilmiş infeksion xəstəliklər şöbəsinin açılışı olub.

Tədbirdə iştirak edən general-mayor Xəqani Cəbrayılov və Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini polkovnik Elxan İbrahimov şöbədə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz olunan şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

Açılış mərasimində çıxış edən polkovnik E.İbrahimov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində də qazanılmış uğurlardan danışıb, Müdafiə nazirinin təbriklərini və tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqları tədbir iştirakçılarına çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video