Alternative content

01:51 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:52 02.10.2020 Erməni “pandemiya”sı
00:40 02.10.2020 Mənim igid əsgərlərim
00:39 02.10.2020 Biz də əsgərik!
00:39 02.10.2020 Oğullar döyüşə gedir
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:26 02.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xələf Xələfov: Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə uğurla davam edir
Xələf Xələfov: Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə uğurla davam edir
ANA SƏHİFƏ / SİYASƏT
18:48 16.09.2020

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda söyləyib.

X.Xələfov Azərbaycan-Türkiyə qardaşlığının türk dünyasında mənəvi birliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O deyib ki, iki qardaş ölkənin əməkdaşlığı regionun sabitliyinə və təhlükəsizliyinə öz töhfəsini verir, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib.

Nazir müavini deyib ki, qardaş ölkələrimizin birgə işi olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Anadolu layihəsi xalqlarımızın rifahının yaxşılaşdırılması ilə yanaşı, regional və qlobal inkişaf proseslərinə də öz töhfəsini verir. Transmilli layihələrin uğurla həyata keçirilməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin heç zaman indiki qədər yüksək səviyyədə olmadığını vurğulayan X.Xələfov qeyd edib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı dönməz xarakter alıb. "Bir millət, iki dövlət” olaraq bizim strateji məsələlərdə vahid mövqedən çıxış etmək imkanımız var.

Hərbi sahədə də əməkdaşlığımızın yüksək səviyyədə olduğunu deyən nazir müavini son birgə təlimlərin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir.

Nazir müavini onu da deyib ki, Azərbaycan tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində önəmli rol oynamış Türkiyənin bütün addımlarını birmənalı şəkildə dəstəkləyir və gərginliyin tezliklə həllini tapacağına inanır. X.Xələfov əlavə edib ki, Azərbaycan bu məsələdə daim Türkiyənin yanında olacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM