Alternative content

02:34 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:52 02.10.2020 Erməni “pandemiya”sı
00:40 02.10.2020 Mənim igid əsgərlərim
00:39 02.10.2020 Biz də əsgərik!
00:39 02.10.2020 Oğullar döyüşə gedir
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:26 02.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AHİK beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciət ünvanlayıb
AHİK beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciət ünvanlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:27 16.09.2020

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına Livandan etnik ermənilərin köçürülməsi ilə əlaqədar beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına müraciət ünvanlayıb.

AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir:

-Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Erməni silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçərək ona qarşı kütləvi qırğın, soyqırımı törədib.

Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb, hərbi əməliyyatlar zamanı 20 min nəfər öldürülüb, 50 min nəfər isə əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb. Onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı isə ermənilər tərəfindən əsir və girov götürülüb.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsasını müəyyənləşdirir. Qətnamələrdə Azərbaycan ərazisinin işğalı pislənib, güc tətbiqi ilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanıb. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal altındakı bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı ölkələri və digər beynəlxalq təşkilatlar Azərbaycanın hərbi təcavüzə məruz qalması, ərazi bütövlüyünün bərpası ilə bağlı mövqelərini bildirdikləri halda, Ermənistan bu tələblərə məhəl qoymur.

Ermənistan Respublikası özünün məkrli niyyətlərini davam etdirmək məqsədilə xarici ölkələrdən gələn erməniləri zəbt olunmuş ərazilərdə yerləşdirir və Dağlıq Qarabağda demoqrafik vəziyyəti süni surətdə öz xeyirlərinə dəyişmək istəyir.

Ermənistan tərəfi uzun müddətdir ki, Suriyadan etnik erməniləri işğal olunmuş Dağlıq Qarabağa və ətraf rayonlara köçürür. İndi bu prosesə Livandan olan ermənilərin köçürülməsi əlavə edilib. Beyrutda baş verən partlayışdan sonra Livandan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi prosesi intensiv xarakter almaqdadır.

Beyrutdakı partlayışdan sonra bu ölkədəki faciədən öz mənfur məqsədləri üçün istifadə edən işğalçı Ermənistan Livan ermənilərinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərinə - hazırda hərbi işğal altında olan Dağlıq Qarabağa və ətraf bölgələrə köçürmək planlarını reallaşdırmağa başlayıb. Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun Əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır.

Qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən Ermənistanın məqsədi isə aydındır: təcavüzkar ölkə bu yolla işğal etdiyi ərazilərdə həyata keçirilən etnik təmizləmənin nəticələrini, işğala əsaslanan status-kvo vəziyyətini möhkəmləndirməyə çalışır.

Bölgə ilə hər hansı əlaqəsi olmayan etnik erməniləri Azərbaycanın işğal edilmiş torpaqlarına qanunsuz şəkildə köçürməklə burada ermənilərin sayını süni şəkildə artırmağa çalışan işğalçı Ermənistan 30 ilə yaxındır ki, insan hüquqları pozulan, Dağlıq Qarabağ və ətraf bölgələrdən zorla didərgin salınan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri qayıtmalarına əngəl törədir.

Bölgədə gərginliyi alovlandırmaq məqsədini güdən, öz təxribatçı əməlləri və bəyanatları ilə son zamanlar bunu açıq şəkildə nümayiş etdirən Ermənistan rəhbərliyi həyata keçirdiyi bu ilhaqçı siyasətlə münaqişənin danışıqlar masası arxasında həllinə zərbə vurur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını bildirir, işğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyətə, o cümlədən qanunsuz məskunlaşdırmaya son qoyulmasını tələb edir.

Hesab edirik ki, Beynəlxalq Həmkarlar İttifaqları təşkilatları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti barədə məlumatlıdır. Ümidvarıq ki, tərkibində uzun illər fəaliyyət göstərdiyimiz bu beynəlxalq qurumlar Ermənistanın Dağlıq Qarabağ ərazisində süni şəkildə demoqrafik vəziyyəti dəyişmək siyasətinin əsl mahiyyətinin nədən ibarət olduğunu və bunun dayandırılması barədə Azərbaycanın haqlı tələbinin yerinə yetirilməsi üçün ədalətli mövqe sərgiləyəcək, problemin həlli ilə əlaqədar BMT-nin və beynəlxalq qurumların qətnamə və qərarlarının yerinə yetirilməsi üçün müvafiq təşkilatlar qarşısında tələblər irəli sürəcəklər”.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM