Alternative content

02:18 01 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:23 01.10.2020 Haqq yolu ilə
01:16 01.10.2020 Azərbaycan nümunəsi
01:14 01.10.2020 Qəddarlığın son həddi
01:12 01.10.2020 BİLDİRİŞ
01:12 01.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “AzerGold”un orta və uzunmüddətli korporativ strategiyası hazırlanıb
“AzerGold”un orta və uzunmüddətli korporativ strategiyası hazırlanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:37 16.09.2020

Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədilə "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) korporativ strategiyası hazırlanıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən ildən etibarən nüfuzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə başlanan proses çərçivəsində sənayedə əsas tendensiyaların müəyyən edilməsi, dövlətin maraq və hədəfləri nəzərə alınmaqla qurumun icra edəcəyi fəaliyyətə dair əsas maliyyə və əməliyyat göstəricilərinin proqnozlaşdırılması, strateji variantların prioritetləşdirilməsi və strategiya sənədinin icrası üzrə yol xəritəsinin tərtib edilməsi kimi işlər aparılıb. Nəticədə strategiya sənədi sentyabrın 14-də QSC-nin ümumi yığıncağı qismində İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib. Bu strategiyanı həyata keçirməklə QSC-nin 2035-ci ilədək regional miqyasda irihəcmli dağ-mədən şirkətə çevrilməsi əsas strateji baxışı olaraq müəyyən edilib. QSC-nin strateji hədəflərinə ən böyük qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən birinə çevrilməsi, mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması, strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığını aradan qaldırılması, habelə dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsinə töhfələrin verilməsi və əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi daxildir.

Qeyd olunan məqsədlərə nail olmaq üçün hazırlanan orta və uzunmüddətli yol xəritəsi çərçivəsində strateji proqramlar müəyyən edilib. Bu proqramlar qızıl, mis-sink mədənlərinin, sənayenin yan sahələrinin inkişafı, beynəlxalq bazarlarda genişlənmə hədəflərini əhatə edir. Strategiya sənədinin icrası qeyri-neft sənayesinin dinamik inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılması və nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək. "AzerGold”un korporativ strategiyası çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-ə 8,9 milyard dollaradək töhfənin verilməsi, QSC-nin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərədək işçinin cəlb edilməsi proqnozlaşdırılır.

Eyni zamanda, layihələrin icrası ilə QSC-nin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi 14 faiz hədəflənir. 2009-2019-cu illərdə qlobal mədən sənayesinin MİAD-ı (məcmu illik artım dərəcəsi) 9 faiz olub.

Xatırladaq ki, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və strateji idarəetmənin tətbiqi "AzerGold” QSC-nin prioritetlərindəndir. Belə ki, yarandığı gündən etibarən QSC-də beynəlxalq standartlara əsaslananan korporativ idarəetmə prinsipləri tətbiq edilir, ən optimal üsullarla yüksək nəticələr əldə edilməsi üçün sistemli tədbirlər aparılır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM