Alternative content

01:57 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:52 02.10.2020 Erməni “pandemiya”sı
00:40 02.10.2020 Mənim igid əsgərlərim
00:39 02.10.2020 Biz də əsgərik!
00:39 02.10.2020 Oğullar döyüşə gedir
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:26 02.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Türkiyə münasibətlərinin dünyada analoqu yoxdur
Azərbaycan-Türkiyə münasibətlərinin dünyada analoqu yoxdur
ANA SƏHİFƏ / SİYASƏT
01:57 16.09.2020


Hər iki ölkə regionda sabitliyin təminatçısına çevrilib


Azərbaycan və Türkiyə tarixi kökləri, taleyi, milli-mənəvi dəyərləri bir-birini tamamlayan, ortaq siyasi-iqtisadi maraqları olan qardaş ölkələrdir. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kimi atalar sözünə çevrilmiş müdrik kəlamı ölkələrarası münasibətlərin dərin mənasını bütün mahiyyəti ilə ifadə edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası münasibətlər prosesində atdıqları qətiyyətli addımlar möhkəm təməllərə əsaslanan tarixi qardaşlıq əlaqələrinin uğurla inkişaf etməsinə xidmət göstərir.

Bu günlərdə Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü qeyd edilir. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xüsusi möhtəşəmlik qatan mühüm məqamlardan biri də bu hadisə ilə bağlı hər iki dövlət başçısının bir-birilərinə ünvanladıqları təbrik məktublarıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktubunda yazılır ki, bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq, qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.

Ümumiyyətlə, dünya siyasi düzəninin indiki şəraitində hər iki ölkənin xüsusilə bölgədə gedən proseslərə vahid prizmadan yanaşmaları, ərazi bütövlüyü, terrorçuluqla mübarizə kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, iyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Türkiyə Prezidentinin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarını Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yazılır ki, ölkələr arasındakı "Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir. Qeyd olunur ki, bu gün Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir.

Bu gün Azərbaycanla Türkiyəni təkcə ortaq mənəvi və milli dəyərlər birləşdirmir. Bizi həm də siyasi mahiyyət daşıyan ortaq iqtisadi layihələr, qarşıya qoyulan eyni hədəflər və müştərək siyasi maraqlar birləşdirir. Bütün bunlar onu göstərir ki, sarsılmaz olan Azərbaycan-Türkiyə müttəfiqliyinin və birliyinin böyük gələcəyi var.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM