Alternative content

03:19 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:52 02.10.2020 Erməni “pandemiya”sı
00:40 02.10.2020 Mənim igid əsgərlərim
00:39 02.10.2020 Biz də əsgərik!
00:39 02.10.2020 Oğullar döyüşə gedir
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:26 02.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yalçın TOPÇU: “15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, sarsılmazlığının rəmzidir”
Yalçın TOPÇU: “15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, sarsılmazlığının rəmzidir”
ANA SƏHİFƏ / SİYASƏT
01:54 16.09.2020


Qafqaz İslam Ordusunun şərəfli missiyası Azərbaycan və Türkiyənin dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Bakının 1918-ci ildə daşnak-bolşevik işğalından xilas olunması müasir Azərbaycan və Türkiyə dövlətlərinin birliyinin təməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu söyləyib.

Ümummilli Lider Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamını xatırladan baş müşavir deyib: "15 sentyabr Türkiyə-Azərbaycan birliyinin, Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. Nuru Paşanın komandanlığı ilə Azərbaycanın köməyinə çatan Qafqaz İslam Ordusu tarixi missiya həyata keçirdi. İki ölkənin qardaşlıq körpüsünün əbədi sütunları qoyuldu. 2018-ci ildə Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda yaşadığımız xoş anlar xalqlarımızın yaddaşından heç zaman silinməyəcək”.

Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin birliyimizi daha da möhkəmləndirdiyini vurğulayan Yalçın Topçu deyib: "Bakının işğaldan azad olunması münasibətilə keçirilən Paradda Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları” möhtəşəm uçuşlarla səmada Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli əks etdirdilər. Mavi Xəzərin sahillərində göstərilən bu uçuş-şou bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır”.

Bakının işğaldan azad olunması üçün canlarından keçən şəhid və qazilərimizi ehtiramla yad edən Türkiyə Prezidentinin baş müşaviri fikirlərini belə tamamlayıb: "Atamız Nuru Paşanın Can Azərbaycan üçün söylədiyi "Azərbaycan uğrunda şəhid olmaq şərəfdir. Gərək olarsa yenə savaşar, yenə şəhid olarıq” sözləri bu gün də türk millətinin və Türkiyə dövlətinin qardaş Azərbaycanın düşmənlərinə qarşı qətiyyətli mövqeyidir”.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM