16 Sentyabr 2020 01:50
950
ELANLAR
A- A+

Azərbaycan Respublikası Təhsil Nazirliyi açıq tender elan edir


Azərbaycan Respublikası Təhsil Nazirliyi potensial malgöndərənləri (podratçıları) müəllimlərin ixtisasartırma təlimlərinin təşkili üzrə iş və xidmətlərin satın alınması üçün dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə keçirilən aşağıdakı açıq tenderlərdə iştirak etməyə dəvət edir:

Tenderlər

Təlimin adı

Təlimin müddəti

(akademik saatla)

Müdavim sayı

(nəfərlə)

Tender 1

İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün ixtisasartırma təlimləri

İbtidai təhsil səviyyəsinin Azərbaycan bölməsində dərs deyən müəllimlər üçün ehtiyat dərslik komplekti əsasında Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu və metodikası üzrə ixtisasartırma təlimi (distant)

72

8500

İbtidai təhsil səviyyəsinin rus bölməsində dərs deyən müəllimlər üçün ehtiyat dərslik komplekti əsasında Azərbaycan dili (dövlət dili kimi) fənninin məzmunu və metodikası üzrə ixtisasartırma təlimi (distant)

36

650

İbtidai təhsil səviyyəsinin rus bölməsində dərs deyən müəllimlər üçün ehtiyat dərslik komplekti əsasında riyaziyyat fənninin məzmunu və metodikası üzrə ixtisasartırma təlimi (distant)

36

650

İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün ehtiyat dərslik komplekti əsasında ingilis dili fənninin məzmunu və metodikası üzrə ixtisasartırma təlimi (distant)

30

1500

Tender 2

Ehtiyat dərsliklərin istifadəsi ilə bağlı metodiki xidmətin təşkili (mentorluq) üzrə ixtisasartırma təlimi

Ehtiyat dərsliklərin istifadəsi ilə bağlı metodiki xidmətin təşkili (mentorluq) üzrə ixtisasartırma təlimi

18

4000

Tender 3

Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların psixoloji rifahının yaradılması istiqamətində müəllimlərin peşəkar potensialının artırılması üzrə ixtisasartırma təlimləri

Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma təlimi (distant)

24

1500

Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması üzrə ixtisasartırma təlimi (distant)

30

3000

Bütün tenderlər üzrə ixtisasartırma təlimləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.13-cü maddəsinə əsasən ƏDV-dən azaddır.

Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan İddiaçıların həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) 07 oktyabr 2020-ci il saat 16:00-dək vahid internet portalı vasitəsilə aşağıdakı sənədləri təqdim edir:

1. Tenderdə iştirak etmək üçün ərizə (tenderin adı göstərilməklə) və hər bir tender üzrə 100 (bir yüz) manat məbləğində heç bir halda geri qaytarılmayan iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi. İştirak haqqının ödənilməsi yalnız "ASAN Ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqəyə daxil olduqdan sonra "ASAN Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi

VÖEN: 1500046011

DXA

VÖEN: 1401555071

Kod: 210005

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.I.F.T. - CTREAZ22

Hesab №: AZ30CTRE00000000000002168501

Fond 7 Büdcə gəlirlərinin təsnifatı 142330 sair daxil olmalar.

2. Malgöndərənin (podratçının) tam adı və rekvizitləri, qeydiyyatdan keçdiyi ölkə və hüquqi statusunu təsdiq edən sənədlər.

3. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

4. Malgöndərənin (podratçının) ixtisas uyğunluğu göstəricilərinin təsdiqi kimi pedaqoji heyət üçün ixtisasartırma təlimləri üzrə kənar sifariş əsasında icra edilmiş ən azı bir müqavilənin əslinin surəti.

5. Tender iştirakçısının satınalma müqa

viləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta yaxud mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.

6. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış.

7. Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumat.

8. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat.

9. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.

10. Ali və ya əlavə təhsil müəssisəsi olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş sənəd.

İddiaçı iştirak etdiyi hər bir tender üzrə tender təklifini, təklifin dəyərinin 1 (bir) faizi həcmində olan bank təminatını "Dövlət satınalmaları haqqında” qanunun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq 15 oktyabr 2020-ci il saat 16:00-dək vahid internet portalı vasitəsilə təqdim etməlidir. Tender təklifi açıldığı gündən sonra 30 (otuz) bank günü qüvvədə qalmalıdır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır. İddiaçılar hər bir tender üzrə yalnız bir təklif verə bilər. İddiaçıların tender təklifi, həmçinin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib edilməlidir.

Tender təklifləri 16 oktyabr 2020-ci il saat 16:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə vahid internet portalı vasitəsilə tanış ola bilərlər. Hər bir tender üzrə azı üç təklif təqdim olunduqda tender baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan tender baş tutmamış elan edilir, həmin tenderin davamından imtina edilir.

Tender "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi və müqayisəsi əsas şərtlər toplusunda öz əksini tapır. İddiaçı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki şərtlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər. Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (işlər və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

Xidmətlər satınalma müqaviləsinin imzalanması tarixindən 25 dekabr 2020-ci il tarixədək başa çatdırılmalıdır.

Əlavə məlumat üçün tender üzrə əlaqələndirici Cəfərova Gülüstan Hidayət qızına müraciət etmək olar. Əlaqə məlumatları:

Ünvan: Bakı şəhəri, Xətai prospekti, 49

Telefon: 599-11-55 (daxili 5296)

e-mail: [email protected]

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video