15 Sentyabr 2020 22:45
807
Mədəniyyət
A- A+

Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin dağıdılması ilə bağlı məqalə yayıb


Özbəkistanın "orol24.uz” portalı Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi abidələrin Ermənistan tərəfindən dağıdılması ilə bağlı rus dilində məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, tanınmış tarixçi alim Rüzvan Hüseynovun "Abidələrlə müharibə. Azərbaycan Ermənistanı müsəlman dünyasına qarşı cinayətlərdə günahlandırır” sərlövhəli məqaləsində bildirilir ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində minlərlə nadir tarixi, dini və mədəniyyət abidəsi dağıdılıb, təhqir edilib və ya saxtalaşdırılıb.

Yazıda bildirilir ki, ermənilər Şuşada Yuxarı Gövhərağa məscidini fars abidəsi kimi bərpa edib və bu abidəyə "Fars mədəniyyət mərkəzi” adı verilib. Məlumdur ki, məscid XIX əsrdə Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər Ağanın əmri ilə inşa olunub. Ermənilər bünövrəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli Xan tərəfindən qoyulan Şuşa qalasını da eyni məqsədlə bərpa etməyi nəzərdə tuturlar.

Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın ölkəmizə təyin edilmiş yeni səfirinin etimadnaməsini qəbul edərkən bu məsələyə də toxunaraq deyib: "Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal olunmuş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta heyvan saxlanılır. Bu çirkin əməlləri əks etdirən bir çox video və fotosənədlər, sübutlar vardır. Onları internetdə də tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

Yazıda qeyd olunur ki, Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda kurqanlar, məscidlər, Qafqaz Albaniyasına aid abidələr və digər maddi-mədəniyyət nümunələri dağıdılıb.

Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xurşidbanu Natəvanın, Mir Mövsüm Nəvvabın mülkləri, Köçərli və Mərdinli cümə məscidləri, Molla Pənah Vaqifin türbəsi, qədim qəbiristanlıqlar məhv edilib.

Yazıda Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərimizdə dağıdılan abidələr, məktəblər, mədəniyyət evləri, parklar haqqında da söhbət açılır.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video