Alternative content

03:00 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:52 02.10.2020 Erməni “pandemiya”sı
00:40 02.10.2020 Mənim igid əsgərlərim
00:39 02.10.2020 Biz də əsgərik!
00:39 02.10.2020 Oğullar döyüşə gedir
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:26 02.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Gənclər və idman komitəsi ilə Təhsil Nazirliyi “Vətənpərvər məktəblilər” layihəsinə başlayıb
Milli Məclisin Gənclər və idman komitəsi ilə Təhsil Nazirliyi “Vətənpərvər məktəblilər” layihəsinə başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:56 15.09.2020

Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Ulu öndər Heydər Əliyevin "Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun” şüarı əsas götürülərək vətənpərvərlik layihəsi məktəbdən başlamalıdır. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə söylədiyi fikirlər rəhbər tutularaq məcburi köçkün məktəblərində "Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin Gənclər və idman komitəsinin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi "Vətənpərvər məktəblilər” pilot layihəsinə ilk olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində müvəqqəti yerləşən və məcburi köçkün məktəbi olan Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbindən başlanılıb.

Layihə çərçivəsində Milli Məclisin Gənclər və idman komitəsi "Elmi araşdırmalar” İctimai Birliyi” ilə birlikdə Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan 210-dan çox məktəbliyə üzərində Azərbaycan Respublikasının dövlət bayrağı həkk olunmuş, işğal edilmiş rayonumuzun adı yazılmış yay və qış geyim forması, vətənpərvərlik rəmzləri təqdim edilib.

Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan şagirdlərə müəyyən olunmuş dərs vaxtlarına riayət etməklə vətənpərvərliklə bağlı zəruri biliklərin, o cümlədən hər bir azərbaycanlının yüksək vətənpərvərlik duyğuları ilə yaşamaq, Vətənin hər birimizin müqəddəs səcdəgahı, pənah yeri olaraq ona ilahi bir sevgi ilə bağlanmaq kimi fikirlərin aşılanması nəzərdə tutulub.

Təsadüfi deyil ki, Hovuslu kənd tam orta məktəbinin 210-dan çox şagirdi, valideynlər və müəllimlər belə mühüm layihənin həyata keçirilməsini razılıqla qarşılayıblar.

Layihə çərçivəsində təhsilalanlarla tez-tez görüşlərin keçirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması ilə yanaşı, informasiya resurslarından səmərəli istifadə edilməsinin, ölkəmizin ziyalıları ilə mütəmadi görüşlərin təşkilinin, şagirdlərin oxumağa və xarici dil biliklərinin artırılmasına təşviqi nəzərdə tutulur.

Bütün təhsilalanları, müəllimləri və valideynləri 15 sentyabr - Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edən Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, mövcud pandemiya şəraitinin təhsil sistemində də çətinliklər yaratmasına baxmayaraq, ölkəmiz distant təhsilə qısa müddət ərzində inteqrasiya edib. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində aparılan sistemli islahatların ana xəttini insan kapitalının formalaşdırılması təşkil edir.

Ölkə gənclərinin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarına sadiq olması, gənc nəslin təhsilli və vətənpərvər ruhda yetişdirilməsi, milli-mənəvi dəyərlərə uyğun tərbiyə edilməsi günün tələbidir. Layihənin həyata keçirilməsi üçün məcburi köçkün məktəblərinin seçilməsində əsas məqsədlərdən biri işğal altındakı ərazilərimiz, torpaqlarımızın müdafiəsi zamanı şəhid olan qəhrəmanlarımız barədə gənc nəslə daha geniş məlumatların verməkdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM