15 Sentyabr 2020 16:56
861
Mədəniyyət
A- A+

Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib

 
Ötən il Dövlət Statistika Komitəsinin Tədqiqat və statistika sektoru tərəfindən ölkəni tərk edən turistlər arasında sorğu təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sorğu qonaqların Azərbayacan haqqında təsəvvürlərini anlamaq məqsədilə təşkil edilib. Sorğunun nəticələrinə əsasən, əcnəbi turistlər arasında ən məşhur regionlar Qəbələ, Quba, Şəki, Qusar, Şamaxı, Gəncə və Naftalan kimi şəhərlər olub. Ən məşhur görməli yerlər tarixi məkanlar (70 faiz) və məşhur abidələr (55 faiz) hesab olunub. Xarici turistlər əsasən şəxsi təhlükəsizlik və rahatlıq, yerli insanların mehribanlığı və yerli mətbəxin keyfiyyətindən məmnundurlar, yerləşdirmə vasitələri, suvenir və aviabiletlərin qiymətlərindən isə nisbətən narazıdırlar.

Sorğu dörd şəhərdə - Quba, Şəki, Lənkəran və Gəncədə həm xarici, həm də yerli turistlərlə üz-üzə müsahibələr əsasında aparılıb. Sorğu nəticələrinə əsasən hər şəhər üçün əsas turizm məkanları və turizm fəaliyyət növləri aşkar edilib. Həmçinin bu şəhərlərdə turistlərə yardım, turizm infrastrukturu, görməli yerlər, əyləncə və yerləşmə kimi bir sıra amillərlə əlaqədar qəp analizi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video