15 Sentyabr 2020 16:55
881
Mədəniyyət
A- A+

TÜRKSOY və UNESCO arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub

 
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Parisdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 8-ci Baş Assambleyasının iclasında iştirak edib.

TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, yüzdən artıq ölkəni təmsil edən nümayəndənin iştirakı ilə keçirilən iclasda dünyada qeyri-maddi mədəni irsin qorunması ilə bağlı çox mühüm məsələlər müzakirə olunub.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov iclas çərçivəsində UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşüb. Baş katib türk dünyasının böyük şəxsiyyətlərindən olan Abay Kunanbay və Çingiz Aytmatovun həyat və yaradıcılıqlarını əks etdirən dəyərli nəşrləri Ernesto Ottone Ramirezə bağışlayıb.

Sonra UNESCO-nun Baş Qərargahında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov UNESCO-nun Baş Assambleyasının sədri Başkanı Altay Cengizer və türkdilli ölkələrin bu qurumdakı daimi nümayəndəliklərinin rəhbərləri arasında görüş keçirilib. Görüşdə birgə fəaliyyət istiqamətlərinə dair səmərəli fikir mübadiləsi aparılıb. Altay Cengizerə TÜRKSOY-un təsis etdiyi "Abay” xatirə medalı hədiyyə olunub.

Görüşlərdə TÜRKSOY və UNESCO arasında əməkdaşlığa dair mühüm məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video