Alternative content

03:12 02 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:52 02.10.2020 Erməni “pandemiya”sı
00:40 02.10.2020 Mənim igid əsgərlərim
00:39 02.10.2020 Biz də əsgərik!
00:39 02.10.2020 Oğullar döyüşə gedir
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:27 02.10.2020 BİLDİRİŞ
00:26 02.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və İran nazirləri Astaraçay üzərində yeni körpünün tikintisinə dair müzakirələr aparıb
Azərbaycan və İran nazirləri Astaraçay üzərində yeni körpünün tikintisinə dair müzakirələr aparıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:20 14.09.2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında virtual görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri də iştirak ediblər.

Videobağlantı zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Danışıqlarda Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı görüləcək işlər müzakirə olunub. Sözügedən körpünün tikintisinin həyata keçirilməsi üçün müqavilə-hüquq bazasının yaradılması məqsədilə Hökumətlərarası Anlaşma Memorandumu layihəsi üzrə işlərin sürətləndirilməsinə dair razılığa gəlinib.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Videogörüşdə, həmçinin iki ölkə arasında nəqliyyat əlaqələri, "Şimal–Cənub” Nəqliyyat Dəhlizi, İran ərazisində həyata keçirilən layihələr, gələcəkdə yükdaşımaların inkişaf etdrilməsi məsələləri müzakirə olunub.

Sonda tərəflər COVID-19 pandemiyası şəraitində keçirilən onlayn müzakirələrin tezliklə ənənəvi görüşlərlə əvəz olunacağına ümidvar olduqlarını bildiriblər.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM