13 Sentyabr 2020 09:16
6070
Səhiyyə
A- A+

Artrit ağrılarını azaldan təbii vasitə tapılıb


AZƏRTAC "MedikForum” saytına istinadla xəbər verir ki, yeni araşdırma revmatoid artrit ilə əlaqəli ağrıları minimuma endirməyə kömək edən səmərəli vasitə olan itburnu meyvəsinə işarə edir.

Adətən bu vəziyyəti müalicə etmək üçün qeyri-steroid antiinflamatuar dərmanlar (QAİD) istifadə olunur. Bundan əlavə, xəstəliyi dəyişdirən dərmanlar və kortikosteroidlər təyin edilə bilər. Lakin bu müalicələrin çoxu qan təzyiqi, mədə xorası və qanaxma da daxil olmaqla xoşagəlməz təsirlərlə müşayiət edilir.

"Express” nəşri müəllifləri artrit zamanı ağrını azaldan təbii vasitə tapdıqları araşdırmadan bəhs etdi. "Revmatoid artritindən qaynaqlanan ağrıları azaltmağa qadir olan təbii maddələrdən biri itburnu meyvələrində tapılır”, - deyə mənbə yazır.

Alimlər revmatoid artrit xəstəsi olan 89 xəstənin iştirakı ilə ikili kor randomizə edilmiş nəzarət müayinəsi aparmışlar. Könüllülərə altı ay ərzində itburnu meyvələrinin cövhəri və ya plasebo tərkibli əlavə veriblər. Nəticələr göstərdi ki, itburnu qəbul edən qrupda oynaqların ağrısının 30% azalması və aktivlik səviyyəsinin yüksəlməsi qeydə alınıb.

Onun sözlərinə görə, bu təbii vasitənin artrit zamanı ağrının azaldılmasına təsiri Skandinaviya və Almaniyada aparılmış əlavə tədqiqatlar ilə yoxlanılıb. Ekstraktı ilə əlavələrin oynaqlarda ağrı, sərtlik və şişkinliyi azaltmağa kömək etdiyini də təsdiqlədilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video