12 Sentyabr 2020 00:15
1128
ELANLAR
A- A+

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir


Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. "Elmlər doktoru” elmi dərəcəsi almaq üçün "fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi sayılan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri, 2 il elmi-pedaqoji iş stajı və minimum 1 beynəlxalq nüfuzlu jurnalda məqalə dərc etdirən namizədlərə üstünlük verilir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında doktoranturada təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə və elmlər doktorluğu üzrə doktorantura və dissertanturaya qəbul 2 ixtisas üzrə aparılacaqdır.

"3245.01- Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya”

"5806.01-Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”

1. Doktorantura və ya dissertanturaya müraciət haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

* kadrların şəxsi qeydiyyat vərəqi;

* tərcümeyi-hal;

* 2 ədəd fotoşəkil (3x4 ölçüdə)

* iş yerindən xasiyyətnamə;

* iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

* çap olunmuş elmi əsərlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;

* ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin surətlərinin notarial qaydada təsdiqi (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);

* şəxsiyyəti təsdiq edən sənədin surəti;

* fəlsəfə doktoru (elmlər namizədi) diplomunun surətinin notarial qaydada təsdiqi (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).

2. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir.

3. Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandan kafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılır.

4. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarına müvafiq olaraq aparılır.

5. Sənəd qəbulu üçün son tarix 29 sentyabr 2020-ci ildir.

6. Sənədləri elektron formada [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi, 98 AZ1072

Tel: (+994 12) 564-73-88

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video