Alternative content

12:10 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onlar sabaha böyük ümidlə baxırlar
Onlar sabaha böyük ümidlə baxırlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:16 11.09.2020


Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyası hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, gənclərə göstərilən diqqət və qayğı da əsas vəzifələrdən birinə çevrildi. Bununla da ölkəmizdə gənclər hərəkatının əsası qoyuldu.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, 1997-ci il fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı fərmanın imzalanması dövlət gənclər siyasətinin uzunmüddətli strategiyasını müəyyənləşdirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, indi Azərbaycanda dinamik gənclər hərəkatı mövcuddur. Qəbul olunan dövlət proqramlarında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, bu aparıcı qüvvənin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, təhsil və məşğulluğuna diqqəti artırmaq kimi məsələlər prioritet olaraq qalmaqdadır. Qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində isə söz yox ki, ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının rolu böyükdür.

Gəncə Dövlət Universitetində gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə nəzərdə tutulan tədbirlər də dayandırılmamışdır. İstər pandemiya başlamazdan əvvəl, istərsə də universitetin tələbə gənclər təşkilatı öz fəaliyyətini daha da genişləndirmiş, tədbirlərin onlayn qaydada keçirilməsini təmin etmişdir. Onların bacarıqlarının, istedadlarının daha da inkişafı məqsədilə tez-tez intellektual yarışların, əyləncəli konsert proqramlarının virtual təşkilinə xüsusi diqqət yetirilmişdir. Bu baxımdan mütəmadi olaraq keçirilən istər fərdi, istərsə də fakültələrarası "Bilik kuboku” intellektual çempionat, "Mən bacarıram” layihəsi, əl işlərindən ibarət "Qızıl əllər” adlı sərgilər böyük əhəmiyyət kəsb edir.

Tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bir-birlərini daha yaxşı tanımaları, əlaqələrin möhkəmlənməsi, eyni zamanda, Gəncənin, ölkəmizin mədəniyyətini və tarixini daha dərindən öyrənmək üçün şəhərdə fəaliyyət göstərən muzeylərə, eləcə də ətraf rayonlara onlayn ekskursiyalar xüsusi maraq doğurur. Bundan başqa, tələbələrə humanizm anlayışını aşılamaq, belə nəcib hissləri inkişaf etdirmək məqsədilə Gəncə şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqların yaşadıqları uşaq evlərinə baş çəkilir, onlar üçün müxtəlif müsabiqələr, rəsm yarışları təşkil edilir.

Bu gün gənclərimizin təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim Vətənə sevginin aşılanması da çox mühüm məsələdir. Əslində elə təhsilimizin ali məqsədi də milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. Milli ruh özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin, iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır. Bu, ilk növbədə, konkret şəxsiyyətin bütün varlığında yaşatdığı dəyərlərə bağlılığıdır. Qloballaşma dövründə gənclərimizi yalnız bu bağlılığın gücü ilə ziyanlı təsirlərdən qoruya bilərik. Tələbə gənclər təşkilatı bu məqsədlə bir sıra maarifləndirici tədbirlər həyata keçirir. Erkən və gecikmiş nikahlar, onların fəsadları, narkotikanın və alkoqollu içkilərin yaratdığı problemlərlə, həmçinin QİÇS-ə qarşı mübarizə ilə bağlı söhbətlər və digər tədbirlər öz müsbət nəticələrini verir.

Universitetimizin tələbə gənclər təşkilatı gənclərdə yüksək vətənpərvərlik ruhunun aşlanması üçün də mütəmadi olaraq xüsusi layihələr reallaşdırır. Bu məqsədlə respublikamızın həyatında mühüm əhəmiyyətə malik tarixi günlər, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən Milli qəhrəmanlar haqqında ətraflı məlumatların əldə edilməsi və daha da zənginləşdirilməsi üçün onlayn qaydada "dəyirmi masa”lar təşkil olunur.

Gəncə Dövlət Universiteti şəhərdə fəaliyyət göstərən orta məktəblərlə də sıx əməkdaşlıq edir. Tələbələrin universitetin baza məktəbləri olan 4 və 39 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə fənn olimpiadalarının, şeir gecələrinin, bilik yarışlarının təşkili yaddaqalan olur. Universitetin təşkilatçılığı ilə Gəncə şəhər və ətraf rayon məktəbləri şagirdlərinin kimya və biologiya fənləri üzrə olimpiadalarının təşkili və burada olimpiadalarda yer tutmuş şagirdlərin universitet rəhbərliyi tərəfindən fəxri fərmanlara layiq görülməsi, onlara qiymətli hədiyyələrin verilməsi müsbət qarşılanır.

Qeyd edək ki, həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, universitet tələbələri istər şəhər, istərsə də respublika üzrə keçirilən intellektual yarışlarda böyük uğurlar əldə edirlər. "Mer kuboku”, "Regionlar kuboku”, "Nə? Harda? Nə zaman?” çempionatı, "Bilik kuboku” və digər yarışlarda daim qələbə qazanaraq ən yüksək uğurlara imza atırlar.

Bundan başqa, gənclər respublika əhəmiyyətli tədbirlərdə də fəallıq göstərərək könüllülük hərəkatına öz töhfələrini verirlər. Qazanılan bu uğurlar isə mükafatsız qalmır. Universitetin tələbə gənclər təşkilatı dəfələrlə Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "Fəxri diplom”lara, "Təşəkkürnamə”lərə və müxtəlif mükafatlara layiq görülmüşdür.

Orxan MƏMMƏDOV,

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM