Alternative content

14:28 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsanlara yardım etmək, onlardan təşəkkür eşitmək bizi çox sevindirir
İnsanlara yardım etmək, onlardan təşəkkür eşitmək bizi çox sevindirir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:15 11.09.2020


Könüllülük cəmiyyət üçün çox böyük bir dəyərdir. Bu dəyər insanları vahid niyyət ətrafında birləşdirir. Vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin çox uğurlu formatı kimi özünü doğruldur. Bu gün bütün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı durmadan artır.

Biz, könüllü gənclər bununla öz bacarıqlarımızı inkişaf etdirir, konkret sahələrdə iş təcrübəsi qazanır, müxtəlif xarakterli insanlarla tanış olur, özümüzə sosial-işgüzar çevrə formalaşdırırıq. Bu iş həm yaşadığımız ölkəni, həm də ümumən dünyanı qəlbən sevmək, cəmiyyəti müsbət mənada dəyişmək, irəli aparmaqdır.

Azərbaycanda könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən son illər zəruri addımlar atılmaqdadır. Ölkə Prezidentinin sərəncamı ilə 2020-ci il "Könüllülər ili” elan olunub. Könüllülüyün tarixi, bəşəriyyətin özü qədər qədimdir. Bu fəaliyyət insanların bir-birinə ehtiyac duyduqları andan başlanır. Ümumi niyyətlər ətrafında birlik, əməkdaşlıq ehtiyacı fərdləri bir-birinə bağlayır.

Xatirimdədir, 2012-ci ildə ölkəmizdə keçirilən "Avrovisiya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkili işinə cəlb olunmuş gənc könüllülər nə qədər böyük potensiala malik olduqlarını göstərdilər. Azərbaycan gəncliyinin bu potensialının üzə çıxarılmasında, onlara meydan verilməsində müsabiqənin Təşkilat Komitəsinə rəhbərlik edən ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük rolu oldu. Yüzlərlə gənc bu beynəlxalq tədbirin uğurla keçməsinə səylə çalışdılar. Könüllülərimiz öz kreativlikləri, təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər.

2 ildən çoxdur ki, könüllü kimi fəaliyyət göstərirəm. İndiyədək bir çox müəssisədə bu sahədə çalışdığıma baxmayaraq, DOST Agentliyi mənə böyük təcrübə və həyatıma rəng qatan dostluqlar qazandırıb. Hər gün müxtəlif xarakterli və fərqli düşüncə, ideyalara malik insanlarla qarşılaşıram. Bu isə hadisələrə olan yanaşmamda böyük dəyişikliklərə yol açır. Gələcək karyerasını dövlət qurumunda davam etdirmək istəyən gənclərə DOST Agentliyi çərçivəsində olan könüllülük proqramını tövsiyə edirəm. Çünki DOST Agentliyi ətrafında mütərəqqi ideyalara malik gəncləri toplayıb. Hər gün sosial həssas qrupa aid insanlara yardım etmək, onlardan təşəkkür eşitmək həqiqətən çox sevindiricidir.

Səfiyyə BABAZADƏ,

könüllü





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM