Alternative content

15:02 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyada “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur
Yaponiyada “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:45 10.09.2020
 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam etdirilir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 39, dünyanın 22 aparıcı universitetində "Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yaponiyanın ən nüfuzlu 5 ali təhsil ocağından biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə hələ 2017-ci ildən start verilib. Növbəti aydan universitetdə yeni dərs ilinə başlanılacaq. Dərslər BBMM və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında keçilir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökumətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir.

Azərbaycan multikulturalizmi dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən, bu məqsədlə respublikamızın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak şansı qazanacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Xatırladaq ki, layihəyə BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə "Multikulturalizmə giriş” və "Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra start verilib. Sevindirici haldır ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub. BBMM tərəfindən hazırlanaraq nəşr edilən "Azərbaycan multikulturalizmi” dərsliyinin ingilis dilinə tərcümə olunması bu fənnin xarici ölkələrdə tədrisinin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır.

Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə "Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM