Alternative content

12:08 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsmanın Milli Preventiv Qrupu Göygöl Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə baş çəkib
Ombudsmanın Milli Preventiv Qrupu Göygöl Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə baş çəkib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:39 10.09.2020

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən, xəbərdarlıq edilmədən Daxili İşlər Nazirliyinin Göygöl Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə həyata keçirilib.

Ombudsmanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, inzibati qaydada həbs edilmiş və təqsirləndirilən şəxslərin beynəlxalq standartlara və daxili intizam qaydalarına uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində MSY-nin kameralarına, mətbəxə, hamama, istintaq, görüş, tibb və ibadət otaqlarına, gəzinti sahəsinə baxışlar keçirilib, tibbi yardımın təşkili, qidalanma, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan bir nəfər inzibati həbs olunmuş şəxs fərdi qaydada qəbul olunub, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

Başçəkmənin yekununda MSY rəhbərliyi ilə söhbətlər aparılıb, saxlanma şəraitinin və sənədləşmənin aparılması işinin təkmilləşdirilməsi ilə bağlı milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM