Alternative content

11:44 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həyata keçirilən zəruri tədbirlər müsbət bəhrəsini verir
Həyata keçirilən zəruri tədbirlər müsbət bəhrəsini verir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:33 10.09.2020


Pandemiyaya qarşı nümunəvi mübarizə yumşaldılmaların ardıcıl xarakter almasına imkan yaradıb


COVID-19 Yer üzünün əsas problemi olaraq qalmaqdadır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda ən effektiv yol karantin rejimi olsa da, bunun dünya iqtisadiyyatına ağır zərbəsi də reallıqdır. Buna görə də, dünyanın beyin mərkəzləri gecə-gündüz vəziyyətdən çıxış yolları arayır, təsir vasitələri axtarırlar.

Digər tərəfdən, gözəgörünməz bəlanın birdəfəlik qurtuluşu olan peyvəndin hazırlanması ilə bağlı müxtəlif ölkələrdən ümidverici siqnallar da gəlməkdədir və Ümumdünya Səhiyyə Təşkilatının səlahiyyətli nümayəndələri bildirirlər ki, ilin sonuna yaxın vaksinlə bağlı irəliləyiş ola bilər.

Amma vəziyyətin normallaşmasına qədər pandemiya şərtlərinə ciddi əməl edilərək yoluxma təhlükəsindən qorunmaq lazımdır. Bu isə sosial məsafə saxlamaqla, maskadan istifadə və gigiyena qaydalarına əməl etməklə mümkündür.


Dövlətin əsas prioriteti vətəndaşların sağlamlığı və təhlükəsizliyidir


Son aylarda Azərbaycanda COVID-19-a yoluxma halında müsbət dinamikanın əldə edilməsi onu deməyə əsas verir ki, ölkəmiz ilk gündən etibarən pandemiyaya qarşı strategiyasını düzgün qurub.

Hökumətin gördüyü operativ və səmərəli tədbirlər, qəbul edilən qərarlar, müasir tibbi sənayenin qurulması, qısa müddətdə ixtisaslaşmış xəstəxanaların açılması, yüksək səviyyədə tibbi xidmətlərin təşkil olunması, müxtəlif ölkələrdən ixtisaslı, təcrübəli həkimlərin Azərbaycana gətirilməsi və onların virusla birbaşa mübarizə prosesinə qoşulması, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparmaları və digər effektiv tədbirlər bugünkü ümumi uğuru təmin edib.

Mütəxəssislərin də bildirdiyi kimi, xəstəliyin erkən aşkarlanması yoluxmanın qarşısını almaqda müstəsna əhəmiyyət daşıyır. Odur ki, dövlətimizin bu istiqamətdə zamanında gördüyü tədbirlər öz müsbət nəticəsini verib. Qısa zamanda müasir laboratoriyaların sayının 45-ə çatdırılması və ötən müddət ərzində 1 milyona yaxın testin keçirilməsi ölkəmizin adambaşına düşən test sayına görə dünyada ilk sıralarda yer almasına rəvac verib.

Hökumət səhiyyə sahəsi ilə paralel olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli proqramlar həyata keçirib. Belə ki, indiyə qədər pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyon vətəndaşı əhatə edib.

Sadalanan bütün bu faktlar dövlətin vətəndaşların sağlamlığına göstərdiyi diqqətin və qayğının bariz nümunəsidir.


Məhdudiyyətlər mərhələ-mərhələ aradan qaldırılır


Həyata keçirilən sistemli tədbirlər planı sayəsində vətənimizdə yumşaldılma tədbirləri də ardıcıl xarakter alıb. Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasına, bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına start verilib. Ötən çərşənbə axşamından isə yumşalmaların növbəti mərhələsinin tətbiqinə başlanılıb. Sentyabrın 8-dən ölkədə karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Restoranların daxildə xidmət göstərmələrinə icazə verilib. Həmçinin ictimai iaşə müəssisələri gecə saat 00:00-a qədər fəaliyyət göstərə biləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət də götürülüb. Lakin avtobus və qatar ilə şəhərlərarası sərnişin daşımaya tətbiq edilən qadağa hələ də qüvvədədir. Yəni vətəndaşlar yalnız şəxsi avtomobilləri ilə bölgələrə gedib-gələ biləcəklər.

Təbiidir ki, rayonlara gediş-gəlişin açılması hotel və mehmanxanalara tələbatı da artıracaq. Bəs həmin məkanlarda yoluxma riskini azaltmaq üçün hansı tədbirlər görüləcək? Bununla bağlı Azərbaycan Hotel Assosiasiyasından bildirilib ki, bu vəziyyətdə nəzərdə tutulmuş qaydalara daha ciddi əməl edilməlidir. Çünki insanların bölgələrə axın edəcəyi gözlənilir. Mehmanxanalarda sanitar gigiyenik qaydalara əməl edilməli, girişdə hərarət ölçülməli, dezinfeksiya vasitələrindən istifadə olunmalı, xidməti heyət qoruyucu vasitələrlə təmin edilməlidir.

Bununla yanaşı, hər bir hoteldə sanitar tələblərə cavab verən karantin otağı olmalıdır. Virusun aşkar edildiyi işçi və ya qonaq bu otaqda karantinə alınmalı, TƏBİB-lə əlaqə saxlandıqdan sonra həmin şəxs yaxında olan sağlamlıq mərkəzinə çatdırılmalıdır.


Toy və nişan mərasimlərinin müəyyən qaydalar çərçivəsində baş tutması mümkündür


Deputat Rəşad Mahmudov isə müsahibəsində bildirib ki, toy və nişan mərasimləri müəyyən qaydalar çərçivəsində və nəzarət mexanizmlərinin qurulması şərti ilə baş tuta bilər: "Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsini də gündəmə gətirir''.

O bildirib ki, mövcud vəziyyət nəzərə alınaraq, vətəndaşlara zərər vermədən belə mərasimlərin keçirilməsinə imkan yaradılmalıdır: "Toy və nişan mərasimlərinə icazə veriləcəyi təqdirdə insanlar virusa yoluxmamaq üçün ehtiyatlı davranmalı, reallıqları nəzərə almalıdırlar. Keçiriləcək mərasimlərə dəvət olunacaq qonaqların sayının az olması əsas şərtlərdən biri olmalıdır”.

Deputat hesab edir ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq: "'Təcrübə göstərir ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi baxımdan müsbət nəticə verməklə yanaşı, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkir. Amma biz vətəndaş olaraq ehtiyatlı davranmağa davam etməliyik. Toy və mərasimlərlə bağlı son qərar təbii ki, Operativ Qərargah tərəfindən ümumi vəziyyət təhlil edildikdən sonra veriləcək''.


Qrip vaksini orqanizmin COVID-19-a qarşı mübarizəsinə təkan verə bilər


Qarşıdan payız mövsümü gəlir və bu fəsildə insanların qrip və ona bənzər xəstəliklərə yoluxma ehtimalı artır. TƏBİB-dən verilən məlumata görə, payızda ölkəmizə qrip əleyhinə vaksinlərin gətirilməsi və tətbiq edilməsi planlaşdırılır. Mütəxəssislər risk qrupunda olanların vaksinasiyaya cəlb edilməsini tövsiyə edirlər.

Qurumun İnfeksion İşçi Qrupunun üzvü Süleyman Kamilov deyib ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır və təhlükəsizdir. Hətta bu, hamilə qadınlara da tövsiyə olunur. Vaksinasiya könüllü xarakter daşıyacaq.

Süleyman Kamilov onu da bildirib ki, qrip vaksini koronavirusa qarşı birbaşa müdafiə rolu oynamır. Amma immunitetin zəifləməsinin qarşısını alır. Bununla da orqanizmin COVID-19-a qarşı mübarizəsinə təkan verə bilər: "Altı aydan etibarən hər kəsin qrip vaksinindən istifadəsi məsləhətdir. Ağır infeksion xəstəlik keçirən, kəskin alergik reaksiyası olan və altı aydan aşağı uşaqlara peyvəndin vurulması məsləhət deyil. Vaksinlərin hansı ölkələrdən gətiriləcəyi, qiyməti, eləcə də ödənişsiz olub-olmayacağı hələ ki, məlum deyil”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM