09 Sentyabr 2020 19:00
590
CƏMİYYƏT
A- A+

Koronavirus pandemiyası dünyada uşaq ölümünün artmasına səbəb olub


COVID-19 pandemiyası və səhiyyə sistemlərində bununla bağlı gərginliyin artması uşaq ölümü göstəricilərinin yüksəlməsinə gətirib çıxara bilər. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) ekspertləri məlumat veriblər. Məlumatda ictimai səhiyyə sektorunda resursların yenidən bölüşdürülməsi səbəbindən ana və uşaqların problemlərinə daha az diqqət yetirildiyi vurğulanıb.

Ölkələrin 63 faizində prenatal skrininqlərin tezliyi və keyfiyyəti aşağı düşüb, 68 faizində isə bir çox uşaqlara vaxtında lazımi peyvəndlər vurulmayıb. Ölkələrin yarısından çoxunda həkimlərin xəstə uşaqları müalicə etmək imkanının olmaması müəyyən edilib.

"Dünya birliyi uşaq ölümünə qarşı mübarizədə çox irəli gedib. Koronavirus pandemiyası bu irəliləyişin qarşısını almamalıdır. Sistemin həddindən artıq yüklənməsi səbəbindən uşaqlara lazımi tibbi xidmət göstərilməyəndə, yoluxma təhlükəsi səbəbindən hamilə qadınlar xəstəxanalara getməyəndə, təbii ki, onlar da koronavirusun qurbanlarına çevrilirlər”, - deyə UNICEF-in rəhbəri Henrietta For bəyan edib.

UNICEF və ÜST-də 2019-cu ildə 5 yaşadək olan uşaqlar arasında ölüm göstəricisinin rekord dərəcədə aşağı olması diqqətə çatdırılıb. Müxtəlif xəstəliklər nəticəsində dünyada 5,2 milyon azyaşlı uşağın öldüyü bildirilir. 1990-cı ildə bu rəqəm, demək olar ki, 2,5 dəfədən çox olub. O zaman 12,5 milyon beş yaşadək olan uşaq həyatını itirib.

Mütəxəssislər qeyd edirlər ki, səhiyyə sahəsində prenatal diaqnostika, vaxtından əvvəl doğulmuş uşaqlara və aşağı çəkili yenidoğulmuşlara qulluq, neonatal sepsisin müalicəsi, həmçinin pnevmoniya, malyariya və ishal kimi xəstəliklərin müalicəsində xidmət keyfiyyətinin artırılması hesabına son 30 ildə milyonlarla uşağın həyatını xilas etmək mümkün olub. Uşaq ölümlərinin qarşısının alınmasında peyvəndlər də mühüm rol oynayıb.

Cons Hopkins Universitetinin mütəxəssislərinin hesablamalarına görə, hər gün dünyada ölən uşaqların sayı koronavirus pandemiyası dövrünədək olan göstəricidən altı min çoxdur. Bu baxımdan illik göstəricinin 200 mindən çox olacağı bildirilir.

UNICEF və ÜST beynəlxalq ictimaiyyəti milyonlarla uşaq ölümünün qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırır. "Əgər bu gün həddən artıq yüklənmiş səhiyyə sistemlərinə təcili vəsait yatırılmasa, beş yaşınadək olan milyonlarla uşaq, xüsusilə də yeni doğulmuş körpələr məhv olacaq”, - deyə Henrietta For xəbərdarlıq edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video