09 Sentyabr 2020 17:37
551
CƏMİYYƏT
A- A+

Xaricdə yaşayan azərbaycanlıların iştirakı ilə “Vətən naminə” layihəsi reallaşdırılıb


Xaricdə yaşayan azərbaycanlıların iştirakı ilə Azərbaycana həsr olunmuş "Vətən naminə” layihəsi gerçəkləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, "İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihədə Azərbaycan, ABŞ, Kanada, Türkiyə, Niderland, Almaniya, Fransa, Ukrayna, İspaniya, İtaliya, Litva, Misir və digər ölkələrdə yaşayan 45 soydaşımız iştirak edib. Onlar Şəmistan Əlizamanlının ifa etdiyi "Əsgər marşı”nı (musiqisi Yaşar Baxışın, sözləri Cəlal Qurbanovundur) xüsusi jestlərlə izləyicilərin diqqətinə çatdırıblar. Süjetdə Prezident, Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirdiyi, Azərbaycan Ordusunun şücaətini əks etdirən kadrlar yer alıb. Bununla da həmvətənlərimiz müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini və Vətənin hər uğurundan qürur duyduqlarını nümayiş etdiriblər.

Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, "Beynəlxalq Azərbaycan Xanımları Klubunun” rəhbəri Kəmalə Ceylinova layihənin ərsəyə gəlməsində iştirakı olanlara dərin minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video