Alternative content

13:59 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gələcək uğurlara hədəflənən düzgün strategiya
Gələcək uğurlara hədəflənən düzgün strategiya
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:36 09.09.2020


Ölkəmizdə pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı suallar artıq öz cavabını tapıb


Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən COVID-19 infeksiyası Yer üzündə yoluxma hallarının sayını sürətlə artırmaqda davam edir. Koronavirus sərt karantin rejimi sayəsində ölkələrdə əldə olunan müsbət nəticələri yumşalma tədbirlərindən sonra ani bir həmləsi ilə darmadağın edir, ikinci, üçüncü dalğaları meydana çıxararaq yenidən insanlığın təhdidinə çevrilir.

Azərbaycan COVID-19-a qarşı hərtərəfli mübarizəni davam etdirir. Pandemiyanın respublikamıza təsirini minimuma endirmək üçün bütün mümkün variantlardan istifadə edilir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən zəruri və qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığına və etibarlı müdafiəsinə hesablanıb. Gecə-gündüz sistemli şəkildə həyata keçirilən tədbirlər planı sayəsində hədəflənən müsbət nəticələrə nail olunub.

Təkcə onu vurğulamaq yerinə düşər ki, qısa zamanda səhiyyə sistemimizin pandemiya ilə mübarizəyə istiqamətləndirilməsinin uğur əldə edilməsində müstəsna əhəmiyyəti oldu. 600 yerlik "Yeni klinika”nın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi və bu xəstəxanalarda kifayət qədər çarpayı sayının olması qısa müddətdə ərsəyə gələn müsbət nəticələrdir ki, elə bunun sayəsində virusa yoluxan 34 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb.


COVID-lə mübarizədə uğurlu Azərbaycan modeli


Azərbaycanın pandemiya ilə mübarizədə özünəməxsus model ortaya qoyması koronavirusa yoluxma hallarının sayının azalmasında da əhəmiyyətli rol oynayıb.

Artıq neçə müddətdir ki, yoluxma hallarının sayı 100 civarında, bəzən isə ikirəqəmli həddə olur. Əldə olunan müsbət dinamika yumşalmalara sürətli keçidi də təmin edib. Avqustun 5-dən start götürən yumşalmaların növbəti mərhələsinin isə ötən gündən etibarən tətbiqinə başlanılıb.

Belə ki, sentyabrın 8-dən ölkədə karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Restoranların daxildə xidmət göstərmələrinə icazə verilib. Həmçinin ictimai

iaşə müəssisələri gecə saat 00:00-a qədər fəaliyyət göstərə biləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət də götürülüb. Lakin avtobus və qatar ilə şəhərlərarası sərnişin daşımaya tətbiq edilən qadağa hələ də qüvvədədir. Yəni vətəndaşlar yalnız şəxsi avtomobilləri ilə bölgələrə gedib-gələ biləcəklər.


2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları təsdiq edilib


Pandemiya dövründə bütün dünyada ən çox narahatlığa və müzakirələrə səbəb olan məsələlərdən biri təhlükəli şəraitdə təhsil müəssisələrinin necə fəaliyyət göstərməsi ilə bağlı idi. Sevindirici haldır ki, ölkəmizdə sözügedən məsələ ilə bağlı yaranan suallar öz cavabını tapıb və Bilik günündə təhsil müəssisələrimizin pandemiya qaydalarına uyğunlaşdırılmış formada fəaliyyətə başlayacağı gözlənilir.

Artıq ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, "Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə tədris planlarına müvafiq təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayacaq.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.


Virtual dərslərə ciddi nəzarət olunacaq


Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib ki, virtual dərslərə ciddi nəzarət olunacaq. Məktəblərdə şagird sıxlığı müxtəlif üsullarla tənzimlənəcək. Belə ki, sinif komplektlərinin müxtəlif vaxtlarda məktəbə gəlməsi təklif olunur: "Siniflərin yarısı həftənin 3 günü, digər yarısı isə 3 günü gələ bilərlər. Məktəblərə növbəli dərs rejiminə keçmək təklif olunur. Şagirdlər hətta 3 növbədə də gələ bilərlər”.

Şöbə müdiri məlumat verib ki, sinif daxilində 1,5 metr ara məsafəsi saxlanılmalıdır: "Əgər bu sıxlıq həmin məsafəni qorumağa imkan verməsə, sinif qruplara bölünəcək, onların hər biri üçün ayrıca dərs cədvəli hazırlanacaq. Bu zaman əsas sual budur ki, müəllimin dərs yükü çoxalacaqmı? Əyani dərslər üçün dərs miqdarı iki yarımqrup arasında yarı bölünəcək”.

Təhsil Nazirliyinin şöbə müdiri onu da qeyd edib ki, virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlərin mənafeləri nəzərə alınıb: "Belə valideynlər məktəb rəhbərliyinə yaxınlaşaraq xüsusi iltizam formasına qol çəkməlidirlər. Bu, məlumatlandırma və öhdəliklər haqqında xüsusi formadır. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir. Valideyn bu öhdəliklərə imza atmaqla övladının əyani dərslərdə iştirakından imtina edə bilər. Öhdəliklərə əməl edilməsə, bu cür şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov isə müsahibəsində söyləyib ki, qabaqcadan görülən tədbirlər - sosial məsafənin saxlanılması, dərs saatlarında sıxlığın və sinif otaqlarında şagirdlərin sayının azaldılması, tənəffüs vaxtının 15-20 dəqiqə deyil, 5-10 dəqiqə olması, respirator və şəxsi gigiyena qaydalarına əməl olunması, məktəb daxilində buna nəzarət sistemi kimi amillər yoluxma tendensiyasının qarşısını ala bilər: "Valideynlərə payız-qış mövsümündə, respirator xəstəliklərin artdığı vaxtda evdən çıxmadan və evə daxil olarkən heç nəyə toxunmadan övladlarının əllərini yumasını təmin etmək tövsiyə olunur. Maarifləndirmə tədbirlərinin aparılmasının çox böyük əhəmiyyəti var. Uşaqlara məktəblərdə hər zaman nəzarət etmək mümkün olmadığı üçün onlara yoluxma yolları və ondan qorunmaq üçün qaydalara əməl olunması aşılanmalıdır. Bunlara əməl etdikdə onlar özlərini qoruya bilərlər”.


ÜST və UNICEF-in koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələri var


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının da açılmasına icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixədək bağçaların tam açılması nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.

Məlumata görə, bu müəssisələrin mətbəx və sanitariya qovşaqlarında mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq. Hər gün bağçaya gələn işçi heyətin və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaq. Paytaxtın bütün uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Onu da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələrini açıqlayıb. Tövsiyələrə görə, pandemiya ilə əlaqədar 5 yaşdan kiçik uşaqlara maska taxılması tələb olunmamalıdır. Qeyd olunub ki, bu, uşağın təhlükəsizliyinə, ümumi maraqlara, eləcə də maskanı lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. ÜST və UNICEF 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Burada söhbət maskadan etibarlı və düzgün istifadə etməkdən gedir. Adıçəkilən təşkilatlar maskadan 12 yaşdan yuxarı uşaqların istifadəsini tövsiyə edir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM